QIRĞIZISTANDA MƏMURLAR YALANTUTAN DETEKTORLARDAN KEÇİRİLƏCƏK
Qırğızıstanda məmurlar yalantutan detektorların köməyi ilə “düzlük yoxlaması”ndan keçəcəklər. AZƏRTAC xəbər verir ki, İTAR-TASS müxbirinin respublika hökuməti rəhbərinin mətbuat xidmətindən aldığı məlumata görə, Baş nazir Feliks Kulov müvafiq qərar imzalamışdır.
Hökumət başçısının fikrincə, hakimiyyət orqanlarında işləyən qulluqçuların yoxlanılması üçün poliqrafdan istifadə ediləcəkdir ki, bundan da məqsəd korrupsiya ilə mübarizəni gücləndirməkdir. Hələlik eksperimenti vergi və gömrük inspeksiyalarında yalantutan detektorun tətbiqi ilə məhdudlaşdırmaq qərara alınmışdır. Poliqrafı işçinin ona tapşırılan vəzifəyə müvafiqliyini sınamaq proseduru keçirilərkən tətbiq etmək planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]