Qırğızıstanda son sutka ərzində daha 14 nəfər koronavirusa yoluxub
Bişkek, 27 mart, АZƏRTAC
Qırğızıstanda son sutka ərzində COVID-19 koronavirusa yoluxanların sayı 58-ə çatıb, onlardan 7-si Cəlalabad, 7-si isə Oş vilayətinin sakinləridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bişkekdə keçirdiyi brifinqdə Qırğızıstan Səhiyyə Nazirliyinin idarə rəisi Aynurə Akmatova məlumat verib. O deyib ki, koronavirusa tutulanlar arasında 1 yaşlı uşaq da, 68 yaşlı qoca da var.
A.Akmatova xarici ölkələrdə koronavirusa yoluxan Qırğızıstan vətəndaşları haqqında da məlumat verib. O deyib ki, bir vətəndaşımız Birləşmiş Ərəb Əmirliklərində, biri İspaniyada, 3 nəfər İsə Pakistanda bu virusa tutulublar: “Səfirliklərimizin verdikləri məlumatlara görə onlar həmin ölkələrdə müalicələrini davam etdirirlər, vəziyyətləri sabitdir”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]