Qırğızıstanda son vaxtlar bəraət hökmlərinin sayı artıb
Bakı, 5 mart, AZƏRTAC
Qırğızıstan məhkəmələri tərəfindən verilən bəraət hökmlərinin sayı son vaxtlar xeyli artıb ki, bu da qərəzsizliyin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov bu fikri peşə bayramı münasibətilə məhkəmələrin əməkdaşlarına və veteranlarına ünvanladığı müraciətində ifadə edib.
“Son illər ədliyyə sahəsində böyük irəliləyişlər əldə olunub, məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi istiqamətində uğurlu işlər həyata keçirilib. Əvvəlki illərlə müqayisədə məhkəmələr tərəfindən çıxarılan bəraət hökmlərinin sayı xeyli artıb. Hakimlərin ədalətli qərarlar qəbul etməsi qərəzsizliyin göstəricisidir”, - deyə dövlət başçısı bildirib.
Ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyəti ilə bağlı bir sıra problemlərin də qaldığını qeyd edən Sadır Japarov məhkəmə sisteminin rəqəmsallaşması çərçivəsində həyata keçirilən dövlət proqramları vasitəsilə bu problemləri aradan qaldıracağına əmin olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]