Qırğızıstanın Baş Naziri və hökumətin yeni üzvləri sədaqət andı içiblər
Bişkek, 30 iyun, АZƏRTAC
Konstitusiyaya uyğun olaraq Qırğızıstanın yeni Baş Naziri Kubatbek Borobovun və hökumətin yeni üzvlərinin Joroqku Keneşin (parlament) növbədənkənar iclasında təntənəli andiçmə mərasimi keçirilib.
AZƏRTAC Joqorku Keneşin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefaya gedən hökumətin fəaliyyətindən danışıb, yeni hökumətə uğurlar arzulayıb.
Dövlət başçısı bu ilin oktyabr ayında Qırğızıstanda keçiriləcək parlament seçkilərindən bəhs edərkən deyib ki, seçkilərdə ölkədəki bütün siyasi partiyalara bərabər şərait yaradılacaq.
Sonra Baş Nazir Kubatbek Boronov və hökumətin yeni üzvləri əllərini Qırğızıstan Konstitusiyasının üzərinə qoyaraq sədaqət andı içiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek