Qızılağac qoruğunun sahəsinin genişləndirilərək milli parka çevrilməsi işləri bu il yekunlaşacaq
Bakı, 19 may, AZƏRTAC
“Lənkəran rayonunda yerləşən Qızılağac qoruğunun sahəsinin genişləndirilərək milli parka çevrilməsi işləri bu il yekunlaşacaq. Nəticədə sahəsi 100 min hektar olan növbəti milli park yaradılacaq”.
Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə AZƏRTAC-a müsahibəsində söyləyib.
“Zaqatala-Balakən biosfer rezervatının (qoruğunun) yaradılması üzrə işlər uğurla davam etdirilir. Həmin bölgədə sahəsi 40 min hektardan çox olan Zaqatala qoruğu fəaliyyət göstərir. Bu qoruğun bazasında, ətraf ərazilərin də qatılması ilə Cənubi Qafqazda ilk biosfer rezervatı yaradılacaq. Bununla əlaqədar 2016-cı ilin oktyabrında Almaniyanın İnkişaf Bankı ilə Xüsusi Razılaşma və Maliyyələşmə Sazişi imzalanıb. Almaniya İnkişaf Bankı tərəfindən bu işlərə böyük sərmayə qoyulması nəzərdə tutulub. Hazırlıq işləri gedir. Bu il layihəni həyata keçirəcək şirkət seçildikdən sonra işlərə başlanılacaq. Zaqatala-Balakən bölgəsində həm ölkə ərazisində, həm də Cənubi Qafqazda ilk biosfer qoruğunun yaradılması işləri yaxın 4 il ərzində başa çatdırılacaq. Təxminən 2021-ci ilədək işlərin yekunlaşacağı gözlənilir”,-deyə H.Əlizadə bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]