Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olunub
Bakı, 29 avqust, AZƏRTAC
Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Azərbaycan Dəmir Yollarından AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:58]
AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 14.10.2026 [18:35]