Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Bakıdan çağırış edib
Bakı, 24 iyun, AZƏRTAC
Görüşümüz hamımızdan müştərək fəaliyyət naminə daha güclü bir öhdəlik tələb edən, getdikcə artan siyasi, təhlükəsizlik, iqtisadi və humanitar çağırışlarla xarakterizə olunan həssas bir mərhələyə təsadüf edir. Dialoq, sülh, tolerantlıq və birgəyaşayış dövlətlərimizə, eləcə də beynəlxalq hüquqa bələdçilik edən əsas ruh olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Ahmed Bin Mohammad Al-Jarwan deyib.
“Regionumuz, eləcə də dünya olduqca həssas və mürəkkəb bir dövrdən keçir. Bu tribunadan dialoq və müdrikliyə üstünlük verilməsi, gərginliyin azaldılması, dövlətlərin suverenliyinə hörmət edilməsi, kollektiv təhlükəsizliyin, həmçinin regional və beynəlxalq sülhün gücləndirilməsi ilə bağlı çağırışımızı yenidən bəyan edirik”, - deyə o əlavə edib.