Azərbaycan Dövlət İnformasiya Agentliyi

QOBUSTAN RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar,

Əziz qobustanlılar, mən sizin hamınızı ürəkdən salamlayıram və

Heydər Əliyev Muzeyinin açılışı münasibətilə sizi təbrik edirəm.

Muzeydəki eksponatlar, fotoşəkillər ulu öndərin həyat və fəaliyyətini göstərir. Müxtəlif dövrlərdə - həm 1970-80-ci illərə, həm də müstəqillik illərinə aid olan şəkillər var. Azərbaycan xalqının ümummilli lideri bütün bu dövrlərdə öz xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş, Azərbaycanın inkişafına öz töhfəsini vermişdir. İctimai-siyasi quruluşundan asılı olmayaraq, xalqın lideri Azərbaycanı çətin vəziyyətdən qurtarıb 1970-80-ci illərdə və 1990-2003-cü illərdə inkişaf yoluna çıxarmışdır. Bu gün bu siyasət Azərbaycanda bütün sahələrdə davam edir. Azərbaycanın hərtərəfli inkişafı, uğurlu xarici və daxili siyasəti, aparılan köklü islahatlar ölkəmizi daha da gücləndirir.

Dünən Nazirlər Kabinetinin iclasında 2007-ci ilin 9 ayının yekunları müzakirə olunmuşdur. Bu müzakirə bir daha onu göstərdi ki, bizim bütün planlarımız həyatda öz əksini tapır. İqtisadi artım dünyada ən yüksək sürətlə davam edir, daxildə siyasi sabitlik möhkəmlənir, ictimai asayiş qorunur. Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir. Biz xarici siyasətdə çox fəalıq, çox böyük uğurlar əldə etmişik. Əlbəttə ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi proqramlar da bizi sevindirir. Bu proqramların icrası

sayəsində ölkədə, o cümlədən Qobustan rayonunda böyük abadlıq-quruculuq işləri aparılır. Bax, bu yerdə, bu ərazidə hələ 2 il bundan əvvəl heç nə yox idi, boş bir ərazi idi. Ancaq bu gün burada gözəl park salınıb, gözəl muzey yaradılıb, abidə qoyulub, gənclər evi, yaradıcılıq mərkəzi, digər obyektlər var. Yəni, bu, görülən işlərin real nəticələridir və bütün rayonlarda indi inkişaf çox sürətlə gedir.

Bu gün mən Qobustan rayonunda yeni tikiləcək Olimpiya İdman Kompleksinin təməlini qoydum. Əminəm ki, bu kompleks qısa müddət ərzində tikilib idmançıların və rayon sakinlərinin istifadəsinə veriləcəkdir. Orada həm idmanla məşğul olmaq üçün gözəl şərait yaradılacaq, həm də bütövlükdə, insanların sağlamlığının möhkəmləndirilməsi üçün çox gözəl şərait - üzgüçülük hovuzu, müxtəlif idman zalları, trenajor zalları olacaqdır. Yəni, idmanla məşğul olmaq üçün təkcə idmançıların işi deyil, hər bir vətəndaş öz sağlamlığını möhkəmləndirmək üçün idmana fikir verməlidir.

Eyni zamanda, böyük ticarət mərkəzi ilə tanış oldum. Mənə verilən məlumata görə, bu vaxta qədər Qobustan rayonunda belə bir mərkəz yox idi, bazar da yox idi. Kənd təsərrüfatı məhsullarını almaq üçün insanlar ya Şamaxıya, ya da Bakıya gedirdilər, bu da onlara böyük əziyyət verirdi. İndi isə bu ticarət mərkəzi burada yaradılıbdır. Gələcəkdə o, öz fəaliyyətini genişləndirə və bu bölgənin böyük ticarət mərkəzinə çevrilə bilər.

Rayonda sosial proqramlar icra olunur. Bilirəm ki, həm dövlət büdcəsinin həm də ki, Heydər Əliyev Fondunun hesabına bir neçə məktəb tikilibdir və tikilir. Bu sahəyə də böyük diqqət göstərilir.

Yəni, indi Azərbaycanın bütün bölgələrində yaşanan inkişaf Qobustan rayonunda da hiss olunur. Biz bütün rayonlara böyük diqqət göstəririk və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının da əsas məqsədi ondan ibarət olmuşdur ki, Azərbaycanın bölgələri inkişaf etsin. Bakı, bizim paytaxtımız öz inkişaf dövrünü yaşayır və bu, təbiidir. Çünki bütün əsas infrastruktur, sənaye potensialı, iqtisadi imkanlar Bakıdadır. Amma biz istəyirik ki, bölgələr də inkişaf etsin və bölgələrdə mövcud olan şərait, infrastruktur, bütün imkanlar ən yüksək səviyyəyə çatsın. Bu məqsədlə bölgələrdə məktəblər, xəstəxanalar, ticarət mərkəzləri tikilir, yollar salınır. Bu yaxınlarda Bakıdan Qobustana və sonra ta sərhədə qədər yeni yolun salınması gözlənilir. Bu, bölgəyə yeni nəfəs gətirəcəkdir. Çünki yol inkişaf deməkdir. Yol olmayan yerdə inkişaf da olmur. Ona görə də əminəm ki, müasir, ən yüksək dünya standartlarına cavab verən yol tikintisi rayonun iqtisadiyyatına əlavə töhfə və təkan verəcəkdir.

Regionlarda kənd təsərrüfatı məhsullarını emal müəssisələri yaradılır və Qobustan rayonunda da bu sahəyə diqqət göstərilməlidir. Böyük quruculuq-abadlıq işləri aparılır və tikilən binalar yüksək standartlara cavab verir. Məsələn, bu gözəl muzey, yaxud da ki, bu parkdakı digər binalar çox böyük zövqlə tikilibdir.

Yəni, bir sözlə, Azərbaycanın regionları inkişafdadır. Regional inkişaf proqramına böyük diqqət göstərilir. Yerlərdə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması üçün praktik tədbirlər görülür. Əlbəttə ki, bu tədbirlərin görülməsi üçün başlıca şərt dövlət proqramlarının olmasıdır. Bu proqramlar da var. Həm yoxsulluqla mübarizə proqramı var, - biz bunu Dünya Bankı ilə birlikdə icra edirik, - həm də işsizliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Emal müəssisələri, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin fəaliyyəti - bütün bunlar özəl sektora, kənd təsərrüfatına təkan verə biləcək amillərdir. Bu proqramlar var və dövlət xətti ilə bütün lazımi tədbirlər görülür. Ancaq o da həqiqətdir ki, əgər mərkəzdə qəbul edilmiş qərarlar yerlərdə düzgün icra olunmursa, yerli təşəbbüs göstərilmirsə, yəqin ki, bizim uğurlarımız yarımçıq olacaqdır. Məhz bütün bu kompleks tədbirlərin nəticəsində biz uğura nail ola bilərik. Düzgün qəbul edilmiş qərarlar, iqtisadi və sosail sahəyə aid proqramlar, o proqramların maddi resursları, icra mexanizmləri və yerlərdə onların düzgün icra olunması, - bax, bütün bu amillər birlikdə bizim bütün məqsədlərimizi yaxınlaşdıra bilər və onda Azərbaycan qarşıda duran bütün problemləri həll edəcəkdir.

Biz indi istənilən məsələnin həlli üçün bütün imkanlara malikik. Azərbaycanda çox gözəl ictimai-siyasi mühit var. Azərbaycanda çox böyük işlər görülür, infrastruktur layihələri həyata keçirilir. Büdcə xərcləri artır. Dünən bu barədə çox geniş fikir mübadiləsi olmuş və göstərişlər verilmişdir, biz gələcəkdə nə etməliyik, hansı işləri görməliyik, hansı sahələri inkişaf etdirməliyik? O sahələri ki, onlar Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərəcəkdir.

İndi regionda bizim mövqelərimiz də çox möhkəmdir. Həm enerji layihələrimiz, neft-qaz əməliyyatlarımız, həm də ki, nəqliyyat və infrastruktur layihələrimiz Azərbaycanı hərtərəfli şəkildə möhkəmləndirir.

Gələcəkdə də bizim imkanlarımız ancaq və ancaq artacaqdır. Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində növbəti illərdə Azərbaycana böyük valyuta axını gözlənilir. Biz bütün sahələri inkişaf etdirəcəyik. Dövlət investisiya xərcləri ildən-ilə artır, sahibkarlıqla məşğul olanlar üçün kreditlərin verilməsi davam edir, artıq üçüncü il olacaq ki, bu məqsədlərə dövlət büdcəsindən təxminən 100 milyon dollar vəsait ayrılır. Özəl sektorun inkişafı, kənd təsərrüfatının, emal müəssisələrinin inkişafı imkan verəcək ki, bölgələrdə də işsizlik tamamilə aradan qaldırılsın, yoxsulluq aradan qaldırılsın və insanlar yaxşı şəraitdə yaşasınlar.

Büdcə təşkilatlarında çalışan insanların sosial müdafiəsi həmişə diqqət mərkəzindədir. Çünki büdcə təşkilatlarında çalışanların, özəl bizneslə, sahibkarlıqla məşğul olmaq üçün nə imkanları, nə də vaxtı var. Ona görə dövlət o insanlara öz qayğısını göstərməlidir. Əmək haqlarının, minimum əmək haqqının və orta əmək haqqının qaldırılması bu insanlara əlbəttə ki, böyük dəstək olacaqdır. Biz öz büdcə xərclərimizi çox böyük dərəcədə artırırıq. Dünən mən bu barədə məlumat verdim ki, son dörd il ərzində Azərbaycanın dövlət büdcəsi təxminən 10 dəfə artıbdır. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür. 10 dəfə çox investisiya da qoyulacaq, daha yüksək məvacib veriləcək, infrastruktur layihələri həyata keçiriləcəkdir. Yəni, Azərbaycanın sosial və iqtisadi məsələlərinin həlli üçün bütün imkanlar var. İqtisadi, sosial və siyasi baxımdan ölkəmiz çox güclənir və bölgədə mövqeyimiz möhkəmlənir, qonşu ölkələrlə münasibətlərimiz inkişaf edir və bu, bizim üçün çox vacibdir. Çünki biz bu bölgədə yaşayırıq və qonşu dövlətlərlə münasibətləri yaxşı saxlamalıyıq, inkişaf etdirməliyik. Bu inkişaf mövcuddur və bütün başqa ölkələrlə münasibətlərimiz yalnız bərabər hüquqlu əsasda, qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qurulur.

Azərbaycan artıq dünyada öz yerini möhkəm tutub, ölkəmiz çox böyük hörmətə malikdir və təsadüfi deyil ki, müxtəlif çərçivələrdə, müxtəlif qurumlarda, təşkilatlarda Azərbaycanın iştirakı gözlənilir və biz bu əməkdaşlığa dəvət olunuruq. Bir çox hallarda özümüz beynəlxalq və regional müstəvidə müxtəlif layihələrin - həm siyasi, həm iqtisadi layihələrin təşəbbüskarı oluruq. Bu təşəbbüsləri irəli sürməklə həm beynəlxalq əlaqələrimiz möhkəmlənir, həm də mövqeyimiz güclənir və nəticədə Azərbaycanın inkişafı üçün daha da gözəl şərait yaranır.

Ölkəmizin çox gözəl və parlaq gələcəyi var. Əminəm ki, bir neçə ildən sonra biz inkişaf etmiş ölkələrin sırasına daxil olacağıq. Yəni, bütün görülən işlər və əldə edilmiş nailiyyətlər buna dəlalət edir. Ancaq hazırda ölkədə kifayət qədər problemlər də var və biz bu problemləri bilirik. Həm sosial, həm iqtisadi problemlər var, bəzi hallarda sosial ədalət prinsipləri pozulur, milli-mənəvi dəyərlərimizə münasibət lazımi səviyyədə olmur.

Yəni, bu məsələlərlə biz daim məşğul olmalıyıq. Həm sosial problemlərin aradan qaldırılması, sosial ədalətin bərqərar olunması, həm də milli-mənəvi dəyərlərimizin qorunub saxlanması - bütün bu məsələlər ölkə üçün həyati əhəmiyyət kəsb edir və burada heç bir fərq qoymaq olmaz, heç bir ardıcıllıq qoymaq olmaz. Bütün bu məsələlər çox vacibdir. Ölkəmizin qüdrəti, insanların rifah halının yaxşılaşması və Azərbaycan xalqının gələcək həyatı - bütün bunlar bizdən asılıdır. Bizim işimizdən, fəaliyyətimizdən, doğma xalqımıza, torpağımıza bağlılığımızdan asılıdır və Azərbaycanda vətənpərvərlik ruhunda böyüyən gənc nəsil bütün bu gözəl imkanlardan istifadə etməlidir. Yaxşı oxumalı, təhsil almalıdırlar, yaxşı işləməli, həyatda öz yerini tutmalıdırlar. Öz bilikləri, təcrübəsi ilə gələcəkdə ölkəmizin inkişafında iştirak etməlidirlər.

Bizim böyük imkanlarımız, təbii sərvətlərimiz var. Artıq o sərvətləri biz dənizin dibindən çıxarıb dünya bazarlarına nəql edirik və ölkə xəzinəsi bundan böyük fayda götürür. Bu, bizə çox böyük iqtisadi imkanlar yaradır. Biz bu gözəl imkanlardan istifadə etməliyik və bu kapitalı insani kapitala çevirməliyik - təhsilə, savada, biliyə, sosial infrastrukturun möhkəmlənməsinə, səhiyyə sisteminin yaxşılaşmasına, güclənməsinə yönəltməliyik. Yəni, insanların gündəlik həyatda təmasda olduğu bütün məsələlər öz həllini tapmalıdır. Şəhər və rayon təsərrüfatı, abadlıq-quruculuq işləri - bütün bunlarla biz məşğuluq. Deyə bilərəm ki, son dövr ərzində həm statistik göstəricilərə görə, həm real nəticələrə görə Azərbaycan çox böyük addım atıbdır və biz bu sürətlə irəliyə gedirik. Milli dəyərlər əsasında müasir dövlət yaradırıq, o dövlət ki, bütün azadlıqlar var, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Mən çox istəyirəm ki, tezliklə bütün Azərbaycan xalqı rifah içində yaşasın. Hələ ki, biz buna nail ola bilməmişik və bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Ancaq dinamika müsbətdir. Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayır və yaşamalıdır. Bu dinamika gələcəkdə yüksələn xətlə davam edəcək və hər bir yerdə, hər bir rayonda, hər bir kənddə müsbət dəyişikliklər hiss olunmalıdır. İnsanlar öz həyatında bunu hiss etməlidirlər. Makroiqtisadi göstəricilər, ümumi daxili məhsulun yüksək sürətlə artması, sənaye məhsulunun artması və sair iqtisadi göstəricilər, əlbəttə ki, hər bir ölkə üçün vacibdir. Ancaq insanları ilk növbədə narahat edən və maraqlandıran onların real həyat səviyyəsidir və bu həyat səviyyəsini yaxşılaşdırmaq üçün biz səylərimizi qoyuruq və bundan sonra da qoyacağıq. Bu işlərdə, bu siyasətdə Azərbaycan xalqının böyük dəstəyini hiss edərək, lazım olan bütün tədbirləri və islahatları daha da cəsarətlə, inamla həyata keçiririk və keçirəcəyik.

Mən bu gün Qobustan rayonunda vəziyyətlə tanış olarkən bir daha görürəm ki, hər bir rayonda bu gözəl inkişaf əlamətləri özünü göstərir. Daha da yaxşı işlər görülməlidir, daha da fəal işləməliyik. Hamımız - Prezidentdən tutmuş, ən kiçik məmura qədər və bütün ictimaiyyət, bütün fəallar, Azərbaycan xalqı bir nöqtəyə vurmalıdır ki, ölkəmizi daha da möhkəmləndirək. İndi həm bölgədə, həm də ki, artıq dünya müstəvisində kifayət qədər bizim güclü mövqelərimiz var. Biz elə etməliyik ki, bu mövqelər daha da möhkəmlənsin. Çünki nəticədə Azərbaycanın güclənməsi hər bir insanın həyat səviyyəsini yaxşılaşdıracaq, hər bir insanın normal yaşaması isə, ümumən, ölkəmizi gücləndirəcəkdir.

Mən bu işdə sizin hamınıza uğurlar arzulayıram. Arzu edirəm ki, hər şey yaxşı olsun, rayonda bütün işlər uğurla getsin. Burada başladığınız bütün binalar, olimpiya kompleksi, məktəblər, həm yollar, digər sosial infrastruktur tezliklə tikilsin. Bir sözlə, rayon inkişaf etsin, insanlar həyatdan razı olsunlar və ölkəmiz irəliyə getsin. Bu arzularla mən sizdən ayrılıram, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub