Qoruq ərazisində çətənə əkən şəxs yaxalanmışdır
Bakı, 16 may (AZƏRTAC). Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində mühafizə rejimini yoxlamaq məqsədi ilə reyd keçirilmişdir. Reyd Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qoruğun kol-kosdan təmizlənmiş 0,1 hektar ərazisində Balakən rayonu Gərəkli kənd sakini Cavid Dibirov tərəfindən narkotik xassəli 256 çətənə (kannabaşı) kolunun əkilib-becərilməsi aşkar olunmuşdur.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsinə məlumat verilmiş, çətənə kolları polis əməkdaşlarının iştirakı ilə qoruq ərazisindən çıxarılaraq məhv edilmişdir.
Hadisə yerində saxlanılmış C.Dibirov isə rayon polis şöbəsinə təhvil verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]