“QRAN-PRİ MOSKVA-2009” YARIŞLARI BAŞA ÇATMIŞDIR
Bakı, 2 mart (AZƏRTAC). Rusiyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Qran-pri Moskva-2009” beynəlxalq yarışları başa çatmışdır. 31 ölkənin ən güclü gimnastlarının iştirak etdiyi bu nüfuzlu turnirdə Azərbaycanı Aliyə Qarayeva təmsil etmişdır.
Birinci günün nəticələrinə görə, Rusiya gimnastları liderliyi ələ almışlar. Aliyə Qarayeva hərəkətlərin dörd növünün nəticələrinə görə 98,2 balla 10-cu olmuşdur.
Yarışların sonuncu günü, martın 1-də ayrı-ayrı hərəkətlər üzrə dörd final keçirilmişdir. Onların üçündə Aliyə Qarayeva iştirak etmişdir. O, ən yaxşı nəticəni topla çıxışında göstərmişdir - 6-cı yer. İplə və lentlə finalda Aliyə 8-ci olmuşdur. Hərəkətlərin 4 növü üzrə yarışların hər birində Yevgeniya Kanayeva qalib olmuşdur.
Həmin gün Moskvada digər üç gimnastımız - Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayevanın müsabiqədənkənar çıxışları olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]