Qrossmeyster Eltac Səfərli İranda keçirilən Ulduzlar Kubokunda iştirak edir
Bakı, 12 iyul, AZƏRTAC
İranın Bəndər-Ənzəli şəhərində şahmatçılar arasında II Ulduzlar Kuboku keçirilir. Turnirdə dünya ulduzları yerli şahmatçılarla qarşılaşırlar.
AZƏRTAC xəbər verir ki, blitsdə qonaqlar yerli şahmatçılara 27:22 hesabı ilə qalib gəliblər. Azərbaycan qrossmeysteri Eltac Səfərli komandada ən yaxşı şahmatçılardan biridir. O, mümkün 7 xaldan 4,5-ni toplayıb. Onunla yanaşı, qonaqların komandasında Baadur Cobava (Gürcüstan), Lazaro Bruzon Batista (Kuba), Yanq Ven (Çin), İvan Sokolov (Hollandiya), Lyuk Van Veli və Aleksey Şirov (Latviya) çıxış edirlər.
Bu gün klassik şahmat üzrə oyunlar keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]