Azərbaycan Dövlət İnformasiya Agentliyi

QUBADA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR

QUBADA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Quba, 18 sentyabr (AZƏRTAC). Prezident İlham Əliyev sentyabrın 18-də Qubada Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, səhiyyə ocağında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, təməli 2006-cı ilin martında qoyulan və ümumi sahəsi 1,3 hektar olan Quba Müalicə-Diaqnostika Mərkəzi Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmişdir. Quba ilə yanaşı qonşu rayonların da əhalisinə xidmət göstərəcək mərkəzdə 150 həkim və orta tibb işçiləri işlə təmin olunmuşdur.

Dörd mərtəbədən ibarət olan mərkəzin əsas binasının sahəsi 7 min 220 kvadratmetr, yardımçı binaların sahəsi isə 805 kvadratmetrdir. Əsas binanın birinci mərtəbəsində konsultativ diaqnostika poliklinikası, qəbul otağı, laboratoriya və şüa diaqnostikası şöbələri yerləşir. Poliklinika oftalmologiya, LOR, ultrasəs müayinə, ginekologiya otaqlarından ibarətdir. Şüa diaqnostikası şöbəsində biokimyəvi laboratoriya, qastroskopiya və kolonoskopiya otaqları fəaliyyət göstərir.

İkinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördükləri işləri əks etdirən fotoguşə yaradılmışdır. Bu mərtəbədə 20 çarpayılıq cərrahiyyə və 10 çarpayılıq hemodializ şöbələri yerləşir.

Dörd bölmədən ibarət əməliyyat bloku, reanimasiya və anesteziologiya şöbələri üçüncü mərtəbədədir. Burada sterilləşdirmə bloku da fəaliyyət göstərir.

Dördüncü mərtəbədə 164 nəfərlik konfrans zalı və texniki otaqlar vardır.

Səhiyyə ocağında Almaniyanın və Yaponiyanın istehsalı olan ən müasir tibb avadanlığı quraşdırılmışdır.

Mərkəzin ərazisində qazanxana, su anbarı, elektrik yarımstansiyası, yeməkxana və digər yardımçı binalar tikilmişdir.

Səhiyyə ocağının həyətyanı sahəsi abadlaşdırılmış, yaşıllıq zonası salınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Mərkəzə gələn yola asfalt döşənmişdir.

Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra Prezident İlham ƏLİYEV səhiyyə ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik etdi:

- İlk növbədə sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Eyni zamanda, Quba Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə də sizi təbrik edirəm. Çox gözəl müəssisədir, çox gözəl səhiyyə ocağıdır. Həm xarici gözəlliyi ilə seçilir, həm də ki, burada bütün lazımi avadanlıq vardır. Müayinə və müalicə etmək, cərrahiyyə əməliyyatlarını aparmaq üçün bütün şərait vardır. Mən çox şadam ki, Qubada müasir tibbi mərkəz yaradılıb və insanlara çox yaxşı xidmət göstərəcəkdir.

Bilirsiniz ki, Azərbaycanın müxtəlif bölgələrində belə gözəl müalicə-diaqnostika mərkəzləri tikilir və insanlara çox gözəl xidmət göstərir. Çalışmalıyıq ki, Azərbaycanın hər bir yerində çox keyfiyyətli və səviyyəli tibbi xidmət göstərilsin. Bunu etmək üçün əlbəttə ki, yeni xəstəxanalar tikilməlidir, tibbi kadrlar hazırlanmalıdır. O kadrlar ki, müasir avadanlıqla işləyə bilsinlər, yaxşı tibbi xidmət göstərsinlər. Azərbaycanda son 4-5 il ərzində 300-dən çox səhiyyə müəssisəsi yaradılıb. Onlardan 120-dən çoxu xəstəxanadır. Ancaq bu ay Azərbaycanda üç çox gözəl, yeni tibbi müəssisə açılıb. Hacıqabulda, dünən isə Bakıda Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu açıldı, bu gün də Quba Müalicə-Diaqnostika Mərkəzi. Bu onu göstərir ki, səhiyyə sisteminin təkmilləşməsi sahəsində çox gözəl və praktiki işlər aparılır. Mən çox şadam ki, sosial sahənin bu istiqamətində yaxşı uğurlar vardır.

Quba da gözəlləşir, müasirləşir, gözəl binalar tikilir. Bir neçə il bundan əvvəl bu bölgədə heç nə yox idi. Birinci, 2003-cü ildə Olimpiya Mərkəzi, mehmanxana, ondan sonra bu gözəl müəssisə yaradıldı. İndi Heydər Əliyev parkında gözəl abadlıq işləri aparılır, çox böyük saray tikilir. O da yaxın zamanlarda qubalıların sərəncamına veriləcəkdir. Küçələr abadlaşır, Bakıdan Qubaya gözəl beton yol tikilibdir. İndi bu yolla çox rahat getmək mümkün olacaqdır. Hamımız yaxşı xatırlayırıq, əvvəllər yollar hansı vəziyyətdə idi. Yəni budur abadlıq - səhiyyə, təhsil müəssisələri, yollar. Bu gün “Şahdağ” Elektrik Stansiyasının açılışı olacaqdır. Bu da şimal zonasının dayanıqlı enerji ilə tələbatını təmin etmək üçün tikilibdir, 100 meqavatdan çox gücü vardır. Bu nə deməkdir? Bu o deməkdir ki, həm elektrik enerjisi ilə təchizat yaxşılaşacaq, həm də gələcək inkişaf üçün lazımi tədbirlər görülür.

Qubanın çox gözəl təbii sərvətləri, iqlimi var, turizm üçün də çox gözəl yerlər vardır. Gözəl yolun istifadəyə verilməsindən sonra Bakıdan buraya turist axını daha da çoxalacaqdır. Beləliklə, Azərbaycan və onun gözəl guşəsi olan Quba şəhəri, Quba rayonu daha da inkişaf edəcəkdir. Mən sizi bir daha ürəkdən salamlayıram, gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə təbrik edirəm. Sizə uğurlar!

X X X

Həkim Rəhimə MƏMMƏDOVA göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

- Hörmətli cənab Prezident, Sizə rayon ictimaiyyəti, səhiyyə işçilərimiz adından “Xoş gəlmisiniz” deyirik.

Bu gün bizim Müalicə-Diaqnostika Mərkəzi açılır. Bu mərkəzin açılışını biz böyük səbirsizliklə gözləyirdik. Bu, bizim əhalimiz üçün böyük töhfədir. Burada açılan Müalicə-Diaqnostika Mərkəzində hər cür şərait yaradılmış, müasir avadanlıq quraşdırılmış, gözəl iş şəraiti vardır. Həkimlərimizin əhaliyə keyfiyyətli tibbi xidmət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Siz həmişə tələb edirsiniz ki, həkimlərimiz əhaliyə yüksək tibbi xidmət göstərsinlər. Bu, bizim vəzifə borcumuzdur. Biz bu gün Sizə söz veririk ki, bu vəzifənin öhdəsindən layiqincə gələcəyik.

Hörmətli Prezident, Siz Göygöl Rayon Mərkəzi Xəstəxanasının açılışındakı nitqinizdə qeyd etdiniz ki, hər bir Azərbaycan vətəndaşı ildə bircə dəfə də olsa tibbi müayinədən keçməlidir. Hörmətli Prezident, bu, çox böyük mədəniyyətdir. Bu mədəniyyəti də bizə Siz aşılayırsınız. Bu gün açılan Müalicə-Diaqnostika Mərkəzində çox gözəl şərait vardır və burada kütləvi müayinələr aparmaq üçün hər cür imkan yaradılmışdır.

Bizim əhali arasında ən çox yayılan böyrək, revmatizm xəstəlikləridir. Bu xəstəliklərin müalicəsi üçün əhalimiz çox vaxt mərkəzə getməli olurdu. Bu gün belə Müalicə-Diaqnostika Mərkəzinin açılışına görə Sizə minnətdarlığımızı bildiririk. Artıq əhalimiz elə buradaca - bax, bu Müalicə-Diaqnostika Mərkəzində müalicə ala biləcəklər.

Hörmətli Prezidentimiz, sözün açığını deyim ki, elə bir sahə yoxdur ki, Siz bizə örnək olmayasınız. Sizdə olan qətiyyət, qurub-yaratmaq həvəsi bizim hamımızı Sizin arxanızca gəlməyə səsləyir. Sizin apardığınız işlər həqiqətən də göz qabağındadır. Hara baxırıqsa yenilik, quruculuq, inkişaf görürük. Azərbaycanın bütün vətəndaşları Sizi təkcə rəhbər kimi deyil, həm də ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə xeyirxahlıq rəmzi, sağlam Azərbaycan ailəsinin simvolu kimi görür. Mehriban xanımla birlikdə apardığınız bu gözəl işlərə görə Sizə Quba camaatı adından böyük minnətdarlığımızı bildiririk. Sizə təşəkkür edirik.

Cənab Prezident, Azərbaycanın gələcəyinə Siz hamımızdan artıq inanırsınız və öz addımlarınızla, hərəkətinizlə bunu bir daha sübut edirsiniz. Biz də Sizin bu inamınıza inanırıq və həmişə Sizin arxanızca gəlirik. Biz qubalılar həmişə Sizinləyik, həmişə Azərbaycanın inkişafı yolunda Sizin atdığınız hər bir addımı dəstəkləyəcəyik. Arzu edirəm ki, həmişə möhtəşəm Şahdağ kimi qürurlu, uca olasınız. Allah Sizi qorusun.

X X X

Prezident İlham ƏLİYEV dedi: Çox sağ olun. Bu gözəl gündə öz hörmətimi ifadə etmək istəyirəm. Bir daha bildirirəm, mən çox istəyirəm ki, Azərbaycanın bütün bölgələrində belə gözəl tibbi müəssisələr olsun, insanlar vaxtlı-vaxtında tibbi müalicə alsınlar. Bir daha bütün Azərbaycan vətəndaşlarını dəvət edirəm ki, ildə bir dəfə müayinədən keçsinlər. Əgər hər hansı bir xəstəlik varsa, o, vaxtında aşkar olunarsa, tezliklə müalicə almaq mümkün olacaq. Nəzərə alsaq ki, tikilmiş müalicə-diaqnostika mərkəzlərində bütün tibbi xidmət pulsuzdur, mən hesab edirəm, hər bir vətəndaş mənim bu çağırışıma cavab verəcəkdir.

Burada, siz də qeyd etdiyiniz müəyyən xəstəliklər var ki, rayon şəraitində onları müalicə etmək mümkün olmayıbdır. Xüsusilə, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlar məcbur qalıb həftədə bir-iki dəfə Bakıya gedib, orada dializdən keçməli olurdular. Amma bu gün burada dializ mərkəzi yaradılıb. Bölgənin böyrək çatışmazlığından əziyyət çəkən bütün vətəndaşları burada çox gözəl tibbi xidmət ala bilərlər. Qan analizləri üçün bütün imkanlar vardır.

Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə mütləq qan analizləri verməlidir və görməlidir ki, onun hansı problemi vardır. Allah eləsin ki, heç kimdə heç bir xəstəlik olmasın. Amma həyat belədir ki, bu, qaçılmazdır. Bu, sağlamlıq deməkdir. Bu, gələcək nəslin sağlam olması deməkdir. Azərbaycan xalqı - uşaqlar, yeniyetmələr, yaşlı insanlar sağlam olmalıdır. Biz ömrün uzadılması üçün işlər görürük. Uşaq ölümünün azalması üçün işlər görürük. Müxtəlif bölgələrdə yeni doğum mərkəzləri tikilir. Əfsuslar ki, uşaq ölümü bizim üçün bütün dövrlərdə ənənəvi surətdə yüksək olmuşdur. İndi bu səviyyə aşağı düşür. Artıq statistika da onu göstərir.

Mən nə üçün həmişə gənclərə deyirəm, gedin, idmanla məşğul olun? Çünki idman sağlamlıqdır. İdmanla məşğul olan pis vərdişlərdən uzaq olur, fiziki cəhətdən sağlam olur. Fiziki cəhətdən sağlam olan adam artıq özündən arxayındır, əmindir. Bax, bu gözəl olimpiya mərkəzini biz 2003-cü ildə istifadəyə vermişik və Azərbaycanda tikilən olimpiya mərkəzlərindən ən birincisi budur. Ondan sonra artıq 20-dən çox olimpiya mərkəzi tikilib.

Bu da rəmzi xarakter daşıyır. Bir tərəfdən olimpiya mərkəzi, sağlamlıq, digər tərəfdən gözəl xəstəxana. Üçüncü tərəfdən, gözəl yollar, abad şəhər, insanların rifah halının yaxşılaşması - bax, budur Azərbaycanın inkişafı və budur bizim hamımızın istəyi.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq