REGİONLAR
Qubadlı rayonunun Məmər kəndi
Bakı, 27 iyul, AZƏRTAC
Qubadlı rayonunun Məmər kəndi Hal kənd inzibati ərazi dairəsində yerləşir. Kəndin adı ərəb mənşəli “məmər” sözündən götürülüb, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Kəndin belə adlandırılması bu yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi ilə əlaqədardır.
Məmər kəndinin ərazisində bir sıra tarixi-memarlıq abidələri - kənd məscidi (XVIII), Daş sandıq (XV əsr), Şirin bulaq (XV əsr) yerləşirdi.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 30-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Məmər kəndinin görüntülərini təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [15:34]
Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək
- 08.05.2024 [15:27]
Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək
- 08.05.2024 [15:22]
30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb
- 08.05.2024 [15:21]
Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var
- 08.05.2024 [14:04]
Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib
- 08.05.2024 [13:08]