Qubanın Qrız kəndində qar yağıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 29-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda (Quba) qar yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 57, Astarada 25, Altıağacda 20, Lerikdə 18, Yardımlıda 17, Qəbələdə 15, Göytəpə, Xaltanda 10, İsmayıllıda 9, Şabranda 7, Qobustanda 6, Şamaxıda 5, Neftçala, Salyan, Quba, Oğuzda 4, İmişli, Sabirabad, Biləsuvar, Qusarda 3, Ağsu, Cəfərxan, Qrızda 2, Ordubad, Ağdam, Şəki, Tərtər, Xaçmaz, Beyləqanda 1 millimetr, Bakıda və Abşeron yarımadasında - Bakıda 2, Maştağada 1 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, Naftalanda, Bakıda və Abşeron yarımadasında saniyədə 18 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək. Oktyabrın 30-u gündüzdən başlayaraq, oktyabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]