Qvatemalada prezident seçkilərinin rəsmi nəticələrinin açıqlanması təxirə salındı
Bakı, 3 iyul, AZƏRTAC
Qvatemala Ali Seçki Məhkəməsi prezident seçkilərinin rəsmi nəticələrini məhkəmə qərarına görə qeyri-müəyyən müddətə təxirə salınıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, seçki bülletenlərinin 98,82 faizi hesablandıqdan sonra əldə edilən nəticələrə görə, Qvatemalada prezident seçkilərinin ikinci turuna sabiq birinci xanım Sandra Torres və deputat Bernardo Arevalo getməlidir. Torres ilk üç favoritdən biri, Arevalo isə səkkizinci olub.
Sağçı partiyaları təmsil edən 9 namizəd səsvermə zamanı pozuntular barədə məlumatların araşdırılmasını tələb edərək məhkəməyə müraciət edib. Konstitusiya Məhkəməsi şikayəti qəbul edib və seçkinin nəticələrinin rəsmi elanını təxirə salmağı tapşırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]