RADİKAL MÜXALİFƏTİN QEYRİ-QANUNİ ƏMƏLLƏRİ QƏTİYYƏTLƏ PİSLƏNİLİR
Bəyanatın AZƏRTAC-a daxil olmuş mətnində deyilir:
“Noyabrın 6-da ölkəmizdə tam demokratik, şəffaf və ədalətli keçirilən parlament seçkilərində xalqımız Yeni Azərbaycan Partiyasını dəstəkləməklə Prezident İlham Əliyevin demokratiyanın təntənəsinə və tərəqqiyə aparan uğurlu siyasətini dəstəklədiklərini bir daha nümayiş etdirmişdir. Qərb təmsilçiləri, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı müsbət fikirlərini bildirmişlər. Amerikalı diplomat Z.Bjezinskinin “Azərbaycanda həyata keçirilən siyasətə alternativ yoxdur” fikrini bir daha yada salmaq istərdik.
Biz bəyan edirik ki, radikal müxalifət son yürüş-mitinqdə qarşıdurma yaratmaqla Azərbaycanda guya sərbəst toplaşmaq azadlığının olmaması barədə təsəvvür yaratmaq məqsədi güdmüşdür. Xalqın adından danışmağa onların haqqı yoxdur. Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti, beynəlxalq aləmdə gündən-günə artan nüfuzu radikal müxalifət tərəfindən qısqanclıqla qarşılanır, bu uğurlara kölgə salmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. İ.Qəmbər, Ə.Kərimli, S.Cəlaloğlu. R.Quliyev, L.Ş.Hacıyeva və digərlərinin bədxah əməlləri hamımıza yaxşı məlumdur. Biz radikal müxalifətin antikonstitusion hərəkətlərini qətiyyətlə pisləyir, onlara “Ar olsun” deyirik. Onların əməlləri xalqımızın adına ən böyük ləkədir. Biz səlahiyyətli orqanlardan xalqımıza düşmən mövqeyində dayanan müxalifət partiyalarının fəaliyyətinə xitam verilməsini qətiyyətlə tələb edirik.
Hacıyev İsa İmran oğlu – Bərdə Rayon Ağsaqqallar Şurasının sədri, Məmmədov Gülməmməd Məmməd oğlu – Bərdə Rayon Müharibə və
Əmək Veteranları Şurasının
sədri,
Hüseynova Etibar İsgəndər qızı – Qarabağ Müharibəsi Əlilləri və Şəhid
Ailələri İctimai Birliyi Bərdə rayon
şöbəsinin sədri”.