Ramil Şeydayev: “Kocelispor”da oynamaq üçün həyəcanlıyam
Bakı, 17 yanvar, AZƏRTAC
“Bu komandanı Rəşad Sadıqovun çıxış etdiyi dövrdən tanıyıram”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyə I Liqasında çıxış edən “Kocelispor” klubuna transfer olması barədə danışarkən deyib.
Komandada olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyən 28 yaşlı forvard uğurlu mövsüm keçirmək istədiyini bildirib: “Transfer danışıqları uzun çəkdi. Türkiyədə və “Kocelispor”da oynamaq üçün həyəcanlıyam. Keçidimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda hamımız birlikdə xoşbəxt olacağıq".
İmza mərasimində çıxış edən klub prezidenti Engin Koyun Ramil Şeydayevin “Kocelispor”a fayda verəcəyini söyləyib: “Ramil Şeydayev bizim üçün önəmli bir transferdir. Azərbaycanın aparıcı oyunçusunu heyətə qatdıq. Düşünürəm ki, Ramil vuracağı qollarla və məhsuldar ötürmələrlə çempionluğa ciddi şəkildə kömək olacaq”.
Qeyd edək ki, Ramil Şeydayev “Kocelispor”la 1,5 illik müqavilə imzalayıb. Azərbaycan millisinin sabiq müdafiəçisi və hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov isə 2008-2009-cu illərdə Koceli təmsilçisində çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]