RAYONUN QAZLA TƏCHİZATI İSTİQAMƏTİNDƏ TƏDBİRLƏR DAVAM EDİR
Lənkəran şəhər qaz-istismar idarəsinin rəisi Fərhad Babayevin dediyinə görə, şəhərin bir neçə küçəsini birləşdirən dairəvi qaz kəmərinin çəkilişi davam edir. Kəmərin çəkilişini dekabrın 20-dək başa çatdırmaq nəzərdə tutulmuşdur.
Tofiq İsmayılov küçəsindəki dördmərtəbəli binalarda aparılan təmir işlərindən sonra yaxın günlərdə qaz təminatı bərpa olunacaq, bununla da şəhərin kiçik bazar ərazisində qaz problemi aradan qaldırılacaqdır.
Mənzillərin sayğacla təmin olunması prosesi də davam edir. Artıq 1050 mənzildə qaz sayğacı quraşdırılmışdır.
Rayonun kənd və qəsəbələrinin qazla təchiz edilməsi istiqamətində də müəyyən işlər görülür. Yaxın günlərdə Digah, Şilavar, Xarxatan kəndlərinə qaz veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]