RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ MÜSABİQƏ KEÇİRİLƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı İncəsənət Mərkəzi “YUNOKAL Xəzər Ltd” şirkəti ilə birgə 28 May - Respublika gününə həsr olunmuş “Azərbaycan bu gün” devizi altında dekorativ tətbiqi sənət müsabiqəsi elan edir.
Müsabiqəyə təqdim olunan əsərlər həm kolorit, həm də kompozisiya baxımından Azərbaycanın klassik tətbiqi sənət ənənələrinə əsaslanmalıdır.
3 nominasiya ( xalçaçılıq, bədii tikmə və toxuculuq məmulatları) üzrə keçiriləcək müsabiqəyə təqdim olunan əsərlər Bakı İncəsənət Mərkəzində mayın 20-dək qəbul ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]