Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı olimpiadada qalib gəlib
Bakı, 2 noyabr, AZƏRTAC
D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universiteti tərəfindən təşkil olunmuş MDB ölkələrindən olan tələbələrin “Davamlı inkişaf üçün fundamental elmlər” haqqında beynəlxalq ekoloji olimpiada keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, olimpiadada mərkəzin əməkdaşları Xoşqədəm Yusifova “Şoran və deqradasiyaya uğramış torpaqların yaxşılaşdırılması” mövzusunda, Nərmin Təhlətli “Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi ərazilərdə insanların yaşayış mühitinin ekosistemlərinin yaxşılaşdırılması mövzusunda”, Aygün Sultanova isə “Geomaqnit sahəsində anomal dəyişikliklərin insan sağlamlığına təsirinin nəzərə alınması metodologiyası” mövzusunda iştirak ediblər.
Mərkəzin maqnitometriya şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova MDB ölkələrindən olan tələbələrin arasından qalib gələrək olimpiadada birinci yerə çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]