“Rio-2016”da medal qazanacaq idmançılarımıza ayrılacaq mükafatın məbləği iyulda açıqlanacaq
Bakı, 12 may, AZƏRTAC
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının bayraqdarı və medallar üçün mükafat fondu hələ müəyyənləşməyib.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov mayın 12-də jurnalistlərə açıqlamasında deyib.
A.Rəhimov bildirib ki, Olimpiadada yüksək yerlər tutacaq idmançılara mükafatların məbləğini Azərbaycan Prezident İlham Əliyev təyin edəcək. Mükafatın məbləği iyulda ölkə başçısının imzalayacağı Sərəncama əsasən müəyyənləşəcək.
Nazir “Formula-1” üzrə Avropa Qran-prisində tras kənarlarında yerləşən evlərin eyvanlarının icarəyə verilməsinə də münasibət açıqlayıb: “Qanun buna icazə verir və icarə ilə bağlı heç bir məhdudiyyət yoxdur. Əgər xalqımızın nümayəndələri pul qazana bilirsə, niyə də olmasın?”, - deyə A. Rəhimov sözlərinə əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]