Roma Papası avqustun 22-sini sülh üçün dua günü elan edib
Vatikan, 20 avqust, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo avqustun 22-sini dünyada sülh və ədalət üçün oruc və dua günü elan edib.
AZƏRTAC xəbər verir ki, Papa Leo hər kəsi silahlı qarşıdurmalardan əziyyət çəkənlər üçün dua etməyə çağırıb.
“Oruc tutaraq və dua edərək, Tanrıya yalvararaq bizə sülh və ədalət bəxş etməsini və davam edən silahlı münaqişələrdən əziyyət çəkənlərin göz yaşlarını qurutmasını diləyək. Bütün dünyada, xüsusən də Ukrayna və Yaxın Şərqdə Tanrının sülh hədiyyəsi bəxş etməsi üçün dualar edək. Bağışlanma olmadan heç vaxt sülh olmayacaq. Bu, xalqlar və insanlar arasında dinc yanaşı yaşamanın əsas şərtidir”, - deyə pontifik qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]