Rubio Aİ XİN rəhbərləri ilə Ukrayna münaqişəsinin həllini müzakirə edib
Bakı, 26 avqust, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı zamanı Ukrayna böhranının həllini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, söhbətdə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas da iştirak edib.
Söhbət zamanı tərəflər Ukrayna böhranının həlli üçün diplomatik səylər çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]