Rüfət Mahmud: İçərişəhər sadəcə tarixi abidələr toplusu deyil, canlı sosial mühitdir
Bakı, 23 dekabr, Günel Alıyeva, AZƏRTAC
Hazırda İçərişəhərdə təxminən 3500-ə yaxın sakin yaşayır. Gələcək planlardan danışarkən düşünürəm ki, biz elə işləməliyik ki, bu məkan “yaşayan şəhər” kimi qalsın və heç vaxt “donmuş”, yalnız turistlər üçün nəzərdə tutulmuş bir məkana çevrilməsin.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ilin yekunlarına həsr olunmuş mətbuat konfransında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.
Onun sözlərinə görə, gələcək planlar hazırlanarkən əsas prinsip İçərişəhərin zamanla yalnız turizm funksiyası daşıyan “muzey şəhər”ə çevrilməsinin qarşısını almaqdır: “Dünyada elə tarixi şəhərlər var ki, artıq orada real həyat qalmayıb, insanlar köçüb və həmin məkanlar yalnız görüntü olaraq yaşayır. Biz İçərişəhər üçün bunu istəmirik”.
Rüfət Mahmud vurğulayıb ki, İçərişəhər sadəcə tarixi abidələr toplusu deyil, canlı sosial mühitdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]