Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ruhun şad olsun Qəhrəman... FOTO VİDEO

Qubadlı, 14 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olan Əliyar yaşasaydı 65 yaşı olacaqdı...

AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanımızın yubileyi uzun illər sonra doğmaları tərəfindən məzarı başında qeyd olunub. Bölgə müxbirimiz də Əliyarın məzarını ziyarət edib, doğmalarının təəssüratlarını qələmə alıb.

Birinci Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-dək kəndini dörd gün ərzində erməni işğalçılarından təmizləyib. Milli Qəhrəmanımızın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində düşmən üzərində qazandığı Qələbə nəticəsində digər ərazilərimiz kimi, Qubadlı rayonu da azadlığa qovuşdu. 2022-ci il oktyabrın 25-də Qubadlı şəhəri, noyabrın 7-də isə Qəzyan kəndi düşməndən təmizləndi. İndi Milli Qəhrəmanımızın ruhu şaddır. Uğrunda canından keçdiyi torpaqlar artıq azaddır.

Milli Qəhrəmanımızın 65 illik yubileyi ilə əlaqədar doğmaları - qardaş və bacıları, övladları, Qubadlı da xidmət aparan rayon polis şöbəsinin əməkdaşları Qəzyan kəndinə səfər ediblər. Onlar kənd qəbiristanlığına çatarkən əvvəlcə babalarının məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Sonra Əliyar Əliyev və onun dostu, silahdaşı Əlisadət Ağayevin məzarı ziyarət olunub.

28 il doğma yurd həsrəti ilə yaşayan Əliyarın bacısı Ruqiyyə Hümbətova qardaşının məzarını qürur hissi ilə ziyarət etdiyini bildirib. Əliyar Əliyev haqqında xatirələrini bölüşən Ruqiyyə xanım deyib: “Əliyar Vətənin dar günündə idmançılardan ibarət dəstə toplayaraq döyüşlərə qoşulmuşdu. Həmin vaxt indiki kimi silahlar olmasa da, Əliyar və dəstəsi imkanları daxilində Vətəni müdafiə edirdi. Çox zaman evə gəlmirdi, Vətənin keşiyində dayanırdı. Oktyabrın 3-də mənə zəng etdilər ki, Əliyar yaralanıb, onu Xanlıq kəndinə gətiriblər. Sumqayıtda yaşayırdım, tez Qubadlıya yola düşdüm. Kəndə çatanda artıq həyətdə çadır quraşdırılmışdı. Mən evin son beşiyi olduğum üçün Əliyar mənə qardaşdan da çox, ata əvəzi idi... 28 il onun məzarı düşmən əsarətində qalsa da, bu günü ümidlə gözləyirdim. Şükürlər olsun ki, artıq torpaqlarımız azaddır və qardaşımızın məzarını qürurla ziyarət edirik. Bu günləri bizlərə yaşadan Ali Baş Komandana və Ordumuza təşəkkür edirik”.

Milli Qəhrəmanın övladı və onun döyüş yolunu davam etdirən Emin Əliyev də qəhrəman atası barədə qürurla danışır. Atası şəhid olan zaman 11 yaşında olan Emin bildirib ki, 1988-ci ildə döyüşlər başlayanda Ermənistandan sürgün olunan azərbaycanlı ailələrin bir çoxu Qubadlıda məskunlaşmışdı. “Atamın idman zalı var idi, lakin həmin hadisələrdən sonra idman zalını bağladı və dostları ilə birlikdə Vətənin müdafiəsinə qoşuldu. Evə gec-gec gələrdi. Onun üçün çox darıxırdıq. Yaşımız az olsa da, başa düşürdük ki, atamız Vətənin keşiyindədir və bununla qürur duyurduq. İndiki kimi xatırlayıram, Xocalı faciəsindən sonra mart ayının əvvəllərində ermənilər Gorus və Qafan ərazisindən kəndimizi raket atəşinə tutdu. Atamgil isə onlara layiqli cavab vermişdi. Rus və erməni mətbuatı ermənilərin 336 itki verdiyini yazmışdı. Biz sərhəd rayonu olduğumuz üçün erməni telekanallarını izləyə bilirdik. O vaxt üç gün matəm verilişləri yayımlamışdılar. Qubadlının bombalanması üçün qalxan üç vertolyotun vurulması da ermənilərə ağır zərbə olmuşdu. Ermənilər Qubadlıya hücuma keçəndə hər kəsin gözü Əliyarı axtarırdı, çünki əhali ona güvənirdi”, - deyə Emin o günləri xatırlayır.

Emin Əliyev 2001-ci ildə Hüquq fakültəsini bitirsə də, könüllü olaraq ordu sıralarına qoşulub, atasının yolunu davam etdirmək üçün Vətənin keşiyində dayanıb. 2020-ci ildə erməni təxribatına qarşı ordumuzun başlatdığı “Dəmir yumruq” əməliyyatında iştirak edib və düşməndən qisasını alıb: “Qubadlı uğrunda döyüşlərə qoşulmaq mənim üçün ən şərəfli günlər idi. Doğma yurdumuz azad olunduqda erməni vəhşiliyi nəticəsində dağıdılmış kəndlərimizi gördüm. Bilirdim ki, hələ sağlığında başına milyonlarla pul qoyulan atamın məzarı da ermənilər tərəfindən dağıdılıb və zənnimdə yanılmadım. İlk dəfə atamın məzarını ziyarətə gələndə dəhşətlə üzləşdim, qəbirin üstü yox idi, atamın və onunla birlikdə şəhid olaraq burada dəfn edilən sürücüsünün başdaşı və sinədaşı götürülmüşdü...”.

Rüzgar Əliyevlə də söhbət edirik. Deyir ki, Əliyar kiçik qardaşı olsa da, hər zaman böyüklüyü ilə seçilib. “Vətəninə çox bağlı idi. Onun rəhbərliyi altında olan bütün əməliyyatlar uğurla yerinə yetirilirdi. Hətta düşmən Suriyadan xüsusi təlim keçmiş erməniləri gətirmişdi, amma Əliyarın dəstəsi onları da məhv etmişdi. Qardaşım son damla qanına qədər döyüşdü və qəhrəmancasına şəhid oldu. Biz onun məzarını 28 il ziyarət edə bilməsək də, bir an olsa belə ümidimizi itirmədik. Çünki inanırdıq ki, torpaqlarımız azad olunacaq və bu yerləri ziyarət edəcəyik. Artıq iki ildir torpaqlarımız azaddır və şəhidlərimizin də ruhu şaddır”.

Ruhun şad olsun Qəhrəman...  FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş