RUMINİYA ƏRAZİSİNDƏ ABŞ HƏRBİ BAZALARI YERLƏŞDİRİLƏCƏK
Müqaviləyə uyğun olaraq, ABŞ Rumıniya ərazisində - Konstantsa yaxınlığında, Babadağ, Çinku və Smerdanda dörd baza yerləşdirəcəkdir.
Trayan Besesku Kondoliza Rays ilə birgə mətbuat konfransında bildirmişdir ki, bu bazalardan ABŞ ordusu bölmələrinin məşqləri və lazımi hərbi texnika göndərilməsi üçün istifadə ediləcəkdir. ABŞ dövlət katibi müqaviləni “tarixi sənəd” adlandıraraq, Amerika qoşunlarının ölkə ərazisində olmasına icazə verdiyinə, habelə Rumıniya əsgər və zabitləri İraqda və Əfqanıstanda azadlıq və demokratiya uğrunda ABŞ ordusu ilə birlikdə vuruşduqlarına görə rumın xalqına təşəkkürünü bildirmişdir.