Rusiya aviaşirkəti RF regionlarından Azərbaycana yeni reyslər açır
Moskva, 16 iyun, AZƏRTAC
Rusiyanın “S7 Airlines” aviaşirkəti RF regionlarından Azərbaycana yeni reyslər açır.
AZƏRTAC aviaşirkətin saytına istinadla xəbər verir ki, reyslərin bu cədvəl üzrə yerinə yetirilməsi nəzərdə tutulur: iyunun 16-dan etibarən hər həftənin çərşənbə günü - Volqoqrad-Bakı-Volqoqrad, Həştərxan-Bakı-Həştərxan, Samara-Bakı (Bakı-Samara reysi çərşənbə axşamı günü yerinə yetirilir); iyunun 23-dən etibarən hər həftənin çərşənbə günü Krasnoyarsk-Bakı-Krasnoyarsk; iyulun 5-dən etibarən hər həftənin bazar ertəsi günü (hazırda çərşənbə günü yerinə yetirilən reysə əlavə olaraq) Novosibirsk-Bakı-Novosibirsk.
Bundan əlavə, Moskvadan, Mineralnıye Vodı və Krasnodar şəhərlərindən Azərbaycana reyslər işləyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:21]
Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub
- 14.10.2026 [14:06]
Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir
- 14.10.2026 [14:05]
Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur
- 14.10.2026 [13:34]