RUSİYA LİVANA HUMANİTAR YARDIM GÖSTƏRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Livana humanitar yardım göstərmişdir. Nazirliyin İnformasiya İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, İsraillə münaqişə nəticəsində Livanda zərər çəkənlərə humanitar yardım göstərilməsi prosesi artıq başlanmışdır. Yardım FHN-in xüsusi reysləri ilə Kiprə gətiriləcək, BMT Ərzaq Proqramının nümayəndələri isə onu livanlılara verəcəklər. Rusiya bu ölkəyə tibb avadanlığı, çadırlar, adyallar və dağıntılar zonasında zəruri olan digər əşyalar göndərmişdir.
Avqustun 15-dək 4 xüsusi reyslə humanitar yük göndərmək nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]