Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Prezidenti “Valday” platformasında Qarabağ münaqişəsinin həlli ilə bağlı nələri deyib

Rusiya Prezidenti “Valday” platformasında Qarabağ münaqişəsinin həlli ilə bağlı nələri deyib

Moskva, 24 oktyabr, AZƏRTAC

“Valday” Beynəlxalq Diskussiya Klubu Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini ilk dəfə bütün dünyaya bəyan etdiyi platformadır. İndi Qarabağ uğrunda döyüşlərə şanlı odumuz bu şüarla gedir. Düz bir il əvvəl, oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” demişdi. Həmin vaxt dünya Qarabağ danışıqlarının fayda vermədiyini, Azərbaycanın daha Ermənistanın sırtıq bəyanatlarına sözlə deyil, işlə cavab verəcəyini artıq anlaşmışdı.

Bu il oktyabrın 22-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVII iclası keçirildi. Bu dəfə də həmin platformadan Azərbaycan üçün əhəmiyyətli fikirlər səslənib.

Rusiya Prezidenti Vladimir Putin diskussiyalar zamanı suallara cavabında Dağlıq Qarabağda gedən proseslərə də münasibətini bildirib. O, britaniyalı yazıçı Anatoli Levinin suallarına cavab verərək, hazırda bölgədə hərbi əməliyyatların başlamasının səbəblərindən danışarkən bildirib ki, həm Azərbaycan, həm də Ermənistan ilə münasibətlər onun ölkəsi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla V.Putin ermənilərin Rusiyanın gözündə imtiyazlı xalq olması barədə xülyalarına son qoyub. O xatırladıb ki, Rusiyada 2 milyondan çox erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır və bu insanları Rusiya ilə həm iqtisadi, həm də humanitar bağlar birləşdirir.

“Ermənistan da, Azərbaycan da bizim üçün bərabərhüquqlu tərəfdaşlardır. Orada insanların həlak olması bizim üçün böyük faciədir. Biz həm Ermənistan, həm də Azərbaycan ilə bərabər münasibətlər qurmaq istəyirik”, - deyə Rusiya Prezidenti bildirib.

Daha bir mühüm məqam “Valday”da Qarabağ müharibəsinin dini zəmini ilə bağlı söz-söhbətlərə son qoyulmasıdır. Vladimir Putin bildirib ki, Rusiya əhalisinin 15 faizi, başqa sözlə, 22 milyona yaxın vətəndaşı müsəlmandır və bu baxımdan da Azərbaycan Rusiyaya yad ölkə deyil.

Rusiya Prezidenti Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini itirməsi ilə bağlı vəziyyət əbədi davam edə bilməz. V.Putin deyib: “İllərdir biz vəziyyəti uzunmüddətli tarixi perspektivdə sabitləşdirmək üçün bu böhranın nizama salınmasının ən müxtəlif variantlarını təklif etmişik. Mən indi təfsilatlara varmayacağam, lakin inanın ki, bu, mövqelərin yaxınlaşdırılması üçün aparılan gərgin işi olub. Bəzi məqamlarda elə gəlirdi ki, artıq az qalıb, bir addım da atsaq, qərar tapa biləcəyik. Təəssüf ki, bu, baş vermədi və bu gün biz münaqişənin həllinin ən pis variantı ilə üzbəüzük”.

Qeyd edək ki, bir neçə il əvvəl Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin “Kazan prinsipləri” əsasında həllinin yaxın olması və tezliklə mərhələli həllinə nail olunacağı barədə bir çox nüfuzlu siyasətçilər və politoloqlar məlumat vermişdi. Lakin Ermənistanda çevrilişin baş verməsi və “küçə” siyasətçisi Paşinyanın hakimiyyətə gətirilməsi bu planları alt-üst etdi. Beləliklə, erməni xalqı özü müharibəyə imza atdı.

Bu günlərdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko TASS agentliyinə müsahibəsində də həmin məqama toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi, əlbəttə, çox uzanıb. V.Matviyenko deyib: “Bu yara daim qanayır və bununla bağlı təşviş anlaşılandır. Lakin razılığa gəlməyin mümkün olduğu danışıqlar platforması işlənib hazırlanmışdı. Artıq qərar qəbul edilməsi üçün danışıqlar aparılırdı. İndi dərinliyə varmaq istəmirəm, ancaq bəzi səbəblər üzündən danışıqlar yarımçıq qaldı. Bu, danışıqları sona çatdıra bilməyən siyasətçilərin vicdanına yazılmalıdır”. Heç şübhəsiz ki, V.Matviyenko burada erməni tərəfini nəzərdə tutur.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarına toxunan Rusiya lideri “Valday” diskussiyaları zamanı xatırladıb ki, bu qrupa ABŞ, Fransa və Rusiya həmsədrlik edir. V.Putin vurğulayıb ki, üç həmsədrdən Qarabağ münaqişənin tezliklə həll olunmasını ən çox onun ölkəsi arzulayır. O deyib: “Bu, təkcə bizim gözlərimiz önündə baş vermir, həm də geniş mənada, bizim insanlar, dostlarımız, bizim qohumlarımızla baş verir. Buna görə də biz elə bir mövqe tutmağa çalışırıq ki, həmin mövqe bizə hər iki tərəfin etimadını qazanmağa və münaqişənin həllində mövqelərin yaxınlaşdırılması üçün vasitəçi kimi əhəmiyyətli rol oynamağa imkan versin. Biz çox istərdik ki, bu kompromis tapılsın”.

V.Putin, həmçinin ABŞ-da aparılan danışıqlara da böyük ümid bəslədiyini qeyd edib.

Rusiya Prezidenti diskussiyada sualları cavablandırarkən Türkiyə ilə münasibətlərə də toxunub. O, Rəcəb Tayyib Ərdoğan kimi tərəfdaşla işləməyin xoş olduğunu vurğulayıb. V.Putin deyib ki, Türkiyə ilə ticarət mübadiləsinin həcmi hazırda 20 milyon dollara yaxındır və Türkiyənin bu əməkdaşlığı davam etdirmək əzmində olduğundan xəbərdardır. Rusiya dövlətinin başçısı Türkiyə Prezidentinin müstəqil siyasət yürütdüyünü diqqətə çatdıraraq, Avropanın uzun illər “Şimal axını” layihəsini hələ də başa çatdıra bilməməsini, lakin türklərlə qısa zamanda “Türk axını” layihəsini gerçəkləşdirdiyini misal gətirib.

“Ərdoğan dedi ki, biz bunu reallaşdıracağıq və biz bunu etdik”, - deyən V.Putin hərbi sahədə də Türkiyə ilə əməkdaşlığın uğurlu olduğunu qeyd edib.

Rusiya Prezidenti Cənubi Qafqazda Türkiyə ilə mövqelərinin əlaqələndirilməsindən danışarkən artıq 30 il davam edən danışıqların nəticə vermədiyini anladığını əlavə edib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur