Rusiyada müdafiə nazirinin sabiq müavini saxlanılıb
Moskva, 29 avqust, AZƏRTAC
Rusiyada müdafiə nazirinin sabiq müavini Pavel Popov saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. O, dələduzluqda şübhəli bilinir.
İstintaqın məlumatına görə, 2021-2024-cü illərdə “Patriot” hərbi-vətənpərvərlik parkının inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş parkın direktoru Vyaçeslav Əhmədov və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş innovativ inkişaf İdarəsinin rəis müavini Vladimir Şesterov ilə birlikdə bu qurumun hesabına varlanıb.
Ordu generalı P.Popov 2013-2024-cü illərdə Rusiya Federasiyası müdafiə nazirinin müavini vəzifəsini tutub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]