Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyalı ekspert Darya Qrevtsova qlobal çağırışlar, geosiyasət və Azərbaycan haqqında danışıb

Rusiyalı ekspert Darya Qrevtsova qlobal çağırışlar, geosiyasət və Azərbaycan haqqında danışıb

Bakı, 13 mart, AZƏRTAC

Darya Qrevtsova tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavinidir. O, beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb və postsovet məkanına, o cümlədən Cənubi Qafqaza xüsusi diqqət yetirərək geosiyasi prosesləri fəal təhlil edir. Darya özünün ekspert rəylərində Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanın regiondakı rolu və aparıcı qlobal oyunçularla qarşılıqlı əlaqəsini dəfələrlə şərh edib.

Biz bu müsahibədə təkcə qlobal çağırışlar və geosiyasəti müzakirə etməklə kifayətlənmədik, həm də Darya Qrevtsovanın Azərbaycanı necə gördüyünü, siyasət elminə necə gəldiyini və bu sahədə onu ən çox təəccübləndirən cəhətləri öyrəndik.

- Darya Vasilyevna, dünyada mövcud geosiyasi vəziyyəti necə xarakterizə edərdiniz? Hazırda hansı regionlar daha qeyri-sabitdir?

- Dünyada geosiyasi vəziyyət qeyri-sabitdir. Hadisələr çox böyük sürətlə dəyişir, xarici siyasət dinamik inkişaf edir, ağrılı nöqtələrə toxunur ki, bu da müxtəlif regionlarda münaqişələrə gətirib çıxarır. Hazırda ən gərgin nöqtələr Ukrayna, Yaxın Şərq və Suriyadır. ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışından sonra siyasi qruplar arasında mübarizə daha da şiddətlənib. Qondarma “dərin dövlət” - kəşfiyyat agentlikləri və Pentaqon rəsmiləri Prezidentlə münaqişəyə girərək öz gündəmini irəli sürürlər. Bundan əlavə, Afrikada qeyri-sabitlik davam edir. Konqoda döyüşlər səngimir və keçmiş Fransa koloniyalarında Parisin təsirinə qarşı müqavimət getdikcə güclənir.

Bu proseslər narahatlıq doğursa da, Azərbaycan kimi ölkələrin əvvəllər susqun vəziyyətdə olan məsələləri gündəmə gətirməsi ürəkaçandır. Dünya sürətlə dəyişir və hər an yeni münaqişə başlaya bilər. Əsas problem milli liderlərlə onların xalqlarının maraqları arasında uyğunsuzluqdur. İnsanlar yenidən siyasətə təsir etmək istəyirlər.

- Əvvəllər dediyiniz kimi, İrəvan Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlarda qəbuledilməz şərtlər irəli sürür. Sizcə, indiki vəziyyətdə Ermənistanın strategiyası necədir?

- Ermənistan hakimiyyətinin strategiyası Qərblə yaxınlaşmağa yönəlib, amma bu, vətəndaşların özlərinin və sülh prosesinin maraqlarına uyğun deyil. Baş nazir Nikol Paşinyan hesab edir ki, Qərb Ermənistana kömək edəcək, onu hərbi təchizatla və hətta əsgərlərin iştirakı ilə qoruyacaq. Lakin tarixi təcrübə göstərir ki, Qərbin öz eqoist maraqları var - Ermənistanın Rusiya ilə əlaqələrini kəsmək və onu Cənubi Qafqazda hərbi forpostuna çevirmək istəyir.

Qərb Ermənistanı aktiv şəkildə silahlandırır, lakin bundan heç bir iqtisadi fayda əldə etmir. Əvəzində, bu ölkə qonşuları - Azərbaycan, Türkiyə və Rusiya ilə münasibətləri daha da korlayır və təcrid olunmuş vəziyyətdə qalır.

Qərb regionda sülh və təhlükəsizliyə can atmır, vəziyyətə nəzarət etmək üçün idarə olunan xaos yaradır.

- Ermənistan-Azərbaycan nizamlanması prosesinin xarici qüvvələr tərəfindən bloklanması ehtimalı nə dərəcədə realdır?

- Təbii ki, sülh yolu ilə həll prosesi xarici qüvvələr tərəfindən əngəllənir. Qərb dövlətləri, xüsusilə erməni lobbisinin fəal olduğu Fransa region üçün real olmayan şərtlər irəli sürür.

Fransa İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin qisasını almaq arzusunda olan erməni lobbisinin maraqlarından çıxış edərək vəziyyətin sabitliyini pozmağa yönəlmiş destruktiv siyasət yürüdür. Onlar Qərbin Ermənistanı qoruyacağını güman edərək hərbi dəstəyə ümid bəsləyirlər. Lakin bu, qeyri-real ssenaridir.

Qərb Ermənistandan istifadə edir, onu vədlərlə aldadır və faydalı əməkdaşlıq illüziyası yaradır. Əslində, bu kurs dalana dirənib, çünki sülh yolu ilə həlli öz şəxsi maraqlarını güdən lobbiçilər deyil, region ölkələri həll edir.

- Beynəlxalq münasibətlərdən söz düşmüşkən, bilmək istərdim ki, sizi politologiya sahəsinə gətirən nədir? Niyə bu sahəni seçdiniz?

- Lomonosov adına Moskva Dövlət Universitetinin Siyasi elmlər fakültəsini bitirmişəm və bu, mənim şüurlu seçimim olub. Uşaqlıqda nənəmlə xəbərlərə baxmağı, müzakirə etməyi, siyasi materialları oxumağı və namizədlərin platformalarını təhlil etməyi çox sevirdim. Sonra o, bu barədə siyasətlə çox da maraqlanmayan valideynlərimə danışdı. Məhz bu söhbətlərdən mənim siyasətə sevgim yarandı. Universitet seçmək vaxtı gələndə, Rusiyanın ən güclü ali təhsil müəssisəsi olan Moskva Dövlət Universitetinə daxil olmaq qərarına gəldim. Amma ilk dəfə keçid balı toplaya bilmədim. Sonra təslim olmamaq qərarına gəldim, daha yaxşı hazırlaşdım və bir il sonra universitetə daxil oldum.

Araşdırmalar inanılmaz dərəcədə maraqlı oldu. Müəllimlərimiz həm dövlət orqanlarında, həm də beynəlxalq münasibətlər sahəsində çalışan praktiklər idilər. Biz onların təcrübəsindən öyrənə bilərdik.

Bundan əlavə, tələbə həyatı forumlarda, konfranslarda, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak etmək imkanı verirdi. Təhsil prosesi kim olmaq istədiyimi daha yaxşı anlamağa kömək etdi.

Müasir dünya çox sürətlə dəyişir və beynəlxalq münasibətlər mənim üçün bir çağırışa və təhsil almaq stimuluna çevrilib. Müxtəlif ölkələrin nümayəndələri, fərqli mədəniyyətləri təmsil edən siyasətçilər ilə qarşılıqlı əlaqə həmişə maraqlıdır. Bu, mənə müəyyən bir xalqın və ya siyasətçinin həyat tərzini daha dərindən başa düşməyə imkan verir, həm də özümü daha yaxşı anlamağa və bu dünyanın nə qədər müxtəlif olduğunu dərk etməyə kömək edir.

- Karyeranızda öz nöqteyi-nəzərinizi müdafiə etməli olduğunuz çətin məqamlar olubmu?

- Politologiya sahəsində çox vaxt öz nöqteyi-nəzərini müdafiə etməli olursan. Krakovda keçirilən Avropa forumunda Rusiyanın mövqeyinin düşmənçiliklə qarşılandığı müzakirələr xüsusilə yaddaqalan oldu. Min nəfərlik auditoriya qarşısında güclü rəqiblərlə mübahisə etmək asan deyildi, lakin peşəkar inkişaf üçün dəyərli idi.

Mən də Soçidəki vəziyyətlə bağlı yazı dərc edəndən sonra sosial şəbəkələrdə sərt reaksiya ilə üzləşdim. Qeyd etdim ki, regionun iqtisadiyyatını inhisara almış Ermənistandan olan insanların hökmranlığı səbəbindən şəhər “Adler Ermənistan Respublikası”na çevrilir.

Geniş təbliğatdan sonra təhdidlər almağa başladım və səhifəni bağlamalı oldum.

Politologiya təkcə təhlil deyil, həm də başqalarının maraqları ilə toqquşmadır. Amma çətin anlar belə öyrənmək, biliklərini artırmaq və öz mövqeyini sübut etmək imkanı verir ki, həqiqət həmişə təbliğatdan daha vacibdir.

- Darya Vasilyevna, siz Rusiya ilə Azərbaycan arasındakı münasibətləri bir neçə dəfə şərh etmisiniz. Azərbaycan haqqında şəxsi təəssüratınız necədir? Oraya səfər etmisiniz?

- Mən Azərbaycana ilk dəfə tələbə olanda getmişəm. Dostlarımla Qazaxıstan, Azərbaycan və Gürcüstanı gəzdik, sonra Türkiyə vasitəsilə Soçiyə qayıtdıq.

Bakıya gəlib şəhərin mərkəzinə çatanda, mən paytaxtın memarlığına, ab-havasına, insanların qonaqpərvərliyinə heyran oldum. Küçələrdə gəzib Azərbaycan yeməklərini dadarkən bu şəhərin unikallığını dərhal hiss etdim.

Həmin günlərdə Azərbaycanda 28 May – Respublika Günü qeyd olunurdu. Bulvarla gəzirdik və mən odlu fəvvarələr gördüm ki, sudan alov dilləri çıxırdı. Bu o qədər qeyri-adi idi ki, hətta illər sonra başqa ölkələrə gedəndə də deyirəm: “Siz sadəcə Bakıda fəvvarələrini görməmisiniz!”

Daha sonra işlə əlaqədar, o cümlədən parlament və prezident seçkilərində beynəlxalq müşahidəçi kimi Azərbaycana gəldim. Azərbaycanlı politoloqlar, ekspertlərlə birgə konfranslar təşkil etdik, Rusiya-Azərbaycan münasibətləri ətrafında fikir mübadiləsi apardıq.

Bakı durmadan inkişaf edir. Hər gəlişim yeni binaların, obyektlərin açılışı ilə müşayiət olunurdu. Bir çox deputat Azərbaycana ilk dəfə səfər edəndən sonra Azərbaycanla dostluq qruplarına yazılıb, çünki bu dövlətlə əməkdaşlığın nə qədər perspektivli olduğunu anlayırlar. Qonaqpərvərlik, mehribanlıq və gözəllik ecazkar ölkə - Azərbaycanla bağlıdır.

Azərbaycan öz maraqlarını müdafiə etməyi bacaran müstəqil dövlət kimi tanınır. O, onilliklər ərzində bütün gücünü Qarabağ həqiqətlərinin təbliğinə və beynəlxalq təşkilatların aciz olduğu yerdə ədalətin bərqərar olmasına sərf edib. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və bütün kollektivin apardığı siyasət hörmətə layiqdir. Azərbaycanda hər zaman kiminsə siyasi maraqları yox, insan, ölkə vətəndaşının mənafeyi birinci yerdədir. Bu, təqdirəlayiqdir.

Prezident seçkilərində olan fəallıq, seçki məntəqələrində yaranan növbələr məni xüsusilə heyran etdi. Hər yaşda olan insanlar ölkənin gələcəyinə sadiq olduğunu nümayiş etdirərək səsverməyə çıxdılar. Aydındır ki, insanlar özlərini siyasi subyekt kimi hiss edirlər. Avropada gənclər nadir hallarda səsverməyə gəlirlər, amma Azərbaycanda hamı fəal iştirak edir. Bu, vətəndaş şüurunun yüksək səviyyəsindən xəbər verir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər