Sabah İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması sazişinin imzalanma mərasimi keçiriləcək
İstanbul, 21 iyul, AZƏRTAC
İyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması ilə bağlı sazişin imzalanma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata əsasən, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.
Bu məqsədlə BMT-nin Baş katibinin bu gün İstanbula gəlməsi gözlənilir.
İmzalanma mərasimi iyulun 22-də saat 16.30-da İstanbulun Dolmabahçe sarayının ofisində keçiriləcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]