“Sabah” klubu heç-heçə rekordunu təkrarlayıb
Bakı, 17 mart, AZƏRTAC
“Sabah” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 14-cü heç-heçəsini edib.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, bu, XXVII turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1.
Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.
Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/2010-cu illər mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/2021-ci illər mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə “Sabah” mütləq rekordun müəllifi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]