Sabunçu rayonunda bir neçə avtomobil qaçıran şəxs məsuliyyətə cəlb olunub
Bakı, 15 mart, AZƏRTAC
Sabunçu rayonunda bir neçə avtomobil qaçıran şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Dəmirov Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Axtarış nəticəsində onun üzərindən heroin götürülüb.
R.Dəmirov barəsində Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun X.Abıyevə məxsus “VAZ-2107”, D.Əliyevə məxsus “Moskviç” markalı avtomobilləri qaçırması və A.İsmayılova məxsus “VAZ-2107” markalı avtomobildən 500 manat dəyərində maqnitofon oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]