Şagirdlərin yerdəyişməsi prosesi bu gün dayandırılır
Bakı, 30 avqust, AZƏRTAC
Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün “sy.edu.az” elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi bu gün saat 18:00-da dayandırılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Xatırladaq ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:41]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]