“ŞAHİNLƏR” OYUNUNUN İŞTİRAKÇILARI PAYTAXT KÜÇƏLƏRİNDƏN MARŞLA KEÇMİŞLƏR
Sonra oyunun iştirakçıları Şəhidlər xiyabanına getmiş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş Azərbaycan oğlanlarının xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın qəhrəman oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə də əklil qoyulmuşdur.
Sonra oyun iştirakçıları, habelə Cəmşid Naxçıvanski adına hərbi litseyin kursantları gənclər, idman və turizm naziri Əbülfəz Qarayev başda olmaqla Azərneft meydanından ölkənin baş meydanınadək hərbi marşla keçmişlər. Yol boyu şəhər sakinləri yürüş iştirakçılarını salamlamışlar.
Mayın 10-da Cəmşid Naxçıvanski adına hərbi litseydə gənclər, idman və turizm, müdafiə və təhsil nazirliklərinin təşkilatçılığı ilə “Şahinlər” oyununun finalı başlanmışdır. Nazir Əbülfəz Qarayev gənclərin vətənpərvərlik tərbiyəsində, Milli Ordu sıralarında xidmətə hazırlanmasında bu oyunun əhəmiyyətini qeyd etmişdir. Yarışlar 10 növ üzrə keçirilir.