SAKİNLƏRİN PROBLEMLƏRİNƏ DİQQƏT YETİRİLİR
Mingəçevir Şəhər İcra Hakimiyyətində hər ayın son günü ayrı-ayrı yaşayış məhəllələrinin sakinləri tərəfindən seçilmiş nümayəndələrlə görüş keçirilir. Vətəndaşları narahat edən problemlər, çatışmazlıqlar öyrənilir, qaldırılan məsələlər əlaqədar müəssisə və təşkilatların köməyi ilə öz həllini tapır. Növbəti görüşdə isə görülmüş işlərə yekun vurulur, sakinlərin yeni təklifləri dinlənilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanından sonra keçirilən belə ənənəvi görüşlər dövlətimizin başçısının vətəndaşların sosial problemlərinin həllinə, ərizə və şikayətlərə baxılması, ictimaiyyətlə əlaqənin gücləndirilməsinə göstərdiyi qayğının konkret ifadəsi kimi qiymətləndirilir, razılıqla qarşılanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]