Salyanda Kür çayının bəndləri gücləndirilir
Salyan, 16 oktyabr (AZƏRTAC). Salyan rayonunda Kür çayı bəndlərininin gücləndirilməsinə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yerli bölmələri olan Kür-Araz çaylarında bəndlərin istismarı, suvarma və Baş Mil-Muğan meliorasiya sistemləri idarələrinin kollektivləri cəlb edilmişdir. Həmin qurumlar hazırda Salyan şəhəri və rayonun Aşağı Kürkənd, Noxudlu, Cəngən kəndləri istiqamətində çayın bəndlərini yenidən qururlar. Az müddətdə 10 kilometrə yaxın məsafədə bəndlər bərkidilmişdir.
İnşaat sahəsinə ASC-nin müxtəlif təyinatlı 30-dan artıq texnikası gətirilmişdir. Melioratorlar bəndləri daha 10 metr genişləndirməklə hündürlüyünü 2 metrədək qaldırmaq fikrindədirlər. Görülən tədbirlər çaydan hər saniyədə azı 2800-2900 kub su ötürülməsinə imkan yaratmaqla daşqın təhlükəsinin qarşısını alacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]