SALYANDA MÜXALİFƏT SIRALARINDAN İSTEFALAR DAVAM EDİR
Respublika hakimiyyətinin ölkədə sabitliyin möhkəmləndirilməsinə yönəlmiş qəti və prinsipial siyasəti cəmiyyətdə böyük razılıq doğurur. Xalq dağıdıcı müxalifətin özbaşınalığının cilovlanması üçün atılan addımlara tam dəstək nümayiş etdirir. Radikalların öz içində də hadisələri obyektiv qiymətləndirənlərin sayı artır.
Salyan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun Qaraçala qəsəbəsinin sakinləri Bəxtiyar Nuhbala oğlu Xəlilov, Allahverdi Şöbi oğlu Dövlətov AXCP (islahatçılar), Oqtay Kərəm oğlu Əbilov isə AMİP sıralarından çıxdıqlarını, qaraguruhçularla birgə addımlamağın qeyri-mümkün olduğunu bəyan etmişlər.