SAMARA BİLAYƏTİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLANMIŞDIR
Oktyabrın 23-də mədəniyyət naziri Polad Bülbüloğlunun rəhbərlik etdiyi 40 nəfərdən ibarət nümayəndə heyəti Samara vilayətinin və Mədəniyyət və gənclər siyasəti nazirliyinin rəhbərliyi tərəfindən “Kurumoç” hava limanında ehtiramla qarşılanmışdır.
Səhəri gün P.Bülbüloğlu Samara vilayətinin Mədəniyyət və gənclər siyasəti naziri O.Rıbakova ilə görüşmüşdür. Səmimi və işgüzar keçən görüşdə nazirlər Azərbaycan Respublikası və Samara vilayəti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalamışlar. Polad Bülbüloğlu Samara vilayəti mərkəzi kitabxanasına Azərbaycanın mədəniyyət və incəsənəti, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında kitablar bağışlamışdır.
Həmin gün P.Bülbüloğlu Azərbaycan diasporunun “Dostluq” evində soydaşlarımıza Bakıdan gətirilmiş kiçik kitabxana hədyyə etmiş, diasporun fəal üzvləri Mədəniyyət Nazirliyinin Fəxri fərmanları ilə təltif olunmuşdur.
Azərbaycan nümayəndələrini Saratov vilayətinin qubernator əvəzi-hökumət sədri Sergey Sıçov qəbul etmişdir. Görüşdə Azərbaycan-Rusiya dostuq və əməkdaşlıq münasibətlərindən söz açılmışdır.
Samara vilayətində Azərbaycan mədəniyyəti günləri uğurla davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]