Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
Bakı, 6 fevral, AZƏRTAC
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşlarından professor Nəriman İsmayılov və onun yetirməsi, elmi işçi Şəfəq İsmayılovanın həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu beynəlxalq elmi jurnalda dərc edilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, ingilis dilində “Soyuq B HD 199478 ifratnəhəng ulduzundakı fotosferik dəyişmələr” adlı məqalə Londonda Kral Astronomiya Cəmiyyətinin aylıq “Astronomiya” jurnalının 2021-ci il üçün buraxılışında dərc edilib. Jurnalın impakt faktoru 5.5-dir.
Məqalədə ilk dəfə göstərilib ki, HD199478 ulduzunun atmosferində baş verən dəyişmələrdə ulduz küləyi və maqnit sahəsinin rolu böyükdür. Atmosferin müxtəlif qatlarında yaranan incə udulma xətlərinin öyrənilməsi radial istiqamətdə döyünmələrin mövcud olmasını sübut etməyə imkan verib. Tədqiqatda ilk dəfə belə dəyişmələrin xarakterik vaxtının 45-50 gün olduğu göstərilib.
Qeyd edək ki, bu tədqiqatlar Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda 2011-2015-ci illərdə HD199478 parlaq ifratnəhəng ulduzunun spektral müşahidələrində əldə olunan materiallar əsasında yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:23]
BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
- 05.10.2026 [15:43]
Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq
- 05.10.2026 [14:44]
MEK-də Beynəlxalq Müəllimlər Gününə həsr edilən sərgi
- 05.10.2026 [14:40]
Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova
- 05.10.2026 [14:12]