Şamaxı və Ucarda qaz təchizatı müvəqqəti dayandırılacaq
Bakı, 30 iyul, AZƏRTAC
"Azəriqaz" İstehsalat Birliyi Şamaxı və Ucar sakinlərinə müraciət edib.
İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı şəhəri daxil olmaqla, rayonunun 1 qəsəbəsinin və 13 kəndinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 31.07.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin görüləcək təmir işləri ilə əlaqədar 31.07.2023-cü il tarixində saat 09:00-dan “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt” ölçü qovşağından da qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri planlaşdırılan müddətdə Şamaxı rayonunun bir hissəsinin, Ucar rayonu üzrə əhali qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]