Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...

Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...

Bakı, 15 iyul, AZƏRTAC

Etiraf etməliyik ki, bu mövzu daha çox fundamental elm müstəvisində müzakirə olunmalıdır, nəinki populyar politologiyanın əhatə etdiyi çərçivələr hüdudlarında. Ancaq peşəkar analitikanın kasadlığı səbəbindən ölkəmizdə, xüsusən də sərhədsiz virtual məkanda radikal demaqogiya sözün hərfi mənasında tüğyan edir. Həmin bu spekulyativ demaqogiya obyektiv həqiqəti təhrif edir və əhalinin ictimai şüurunda yanlış sosial-siyasi stereotipləri formalaşdırır. Qeyd olunanları nəzərə alaraq, yanlış meyilliklərinin qarşısını almaq, müşahidə edilən regional və qlobal proseslərə adekvat qiymətin verilməsi, habelə qərəzli demaqogiyanın “sehrli” tüstüsünü sağlam düşüncədən uzaqlaşdırmaq naminə bu kimi mürəkkəb mövzulara bəzən publisistik üslubda yanaşmaq zərurəti yaranır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...” sərlövhəli məqaləsində yer alıb.

Peşəkar təhlil obyektiv həqiqəti aşkar etdiyi üçün analitika zəhərli demaqogiyanın inkişafı üçün əlverişli deyil. Təəssüf ki, ucuz demaqogiya “demokratiya” və “aşkarlıq” kimi şüarlar arxasında gizlənərək hələ də siyasətdə öz mövcudluğunu qorumaqdadır. Əslində isə siyasi münasibətlərdə ucuz demaqogiya və populizmin varlığı incəsənətdə zövqsüzlüyün özünə yer tapması kimi ziyanlı və təhlükəlidir.

Bilavasitə türk identikliyinin siyasi aktuallaşması məsələsinə keçməzdən öncə mövcud kontekstdə bütöv məzmunu əhatə edən əsas müəyyənləşdirici “pazl”ların öz yerinə yerləşdirilməsini təmin edən Prezident İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi önəmli bir fikrə müraciət edək: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.

Heç şübhəsiz ki, biz Prezident İlham Əliyevin bu və ya digər mesajlarının əsl anlamını və təzahürünü yalnız hadisələr inkişaf etdikcə zamanı çatanda həyatda görə bilirik. Ölkəmizin tarixində qeyd olunan belə təsbitlərin dəfələrlə şahidi olmuşuq. Görünən odur ki, dövlətimizin başçısının yuxarıda vurğulanan fikirlərinə yaxın gələcəkdə hələ çox müraciət edəcəyik və hər dəfə növbəti “pazl” öz yerinə oturan zaman biz daha dolğun mənzərəni görməyə müvəffəq olacağıq.

Müzakirə olunan mövzu kontekstində ehtimal edə bilərik ki, Prezident İlham Əliyevin qeyd olunan mesajının şifrəsi məhz “sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...” ifadəsinin arxasında gizlənir. Bunlar hansı “daşlardır”? Onlar hansı ağırlıqda olan “daşlardır” ki, onların tərpədilməsi bizə bağışlanmayacaq? Çox arzuolunandır ki, sözügedən məsələ bizim alimlərimizin, xüsusilə beyin mərkəzlərimizin tədqiqat predmetinə çevrilsin və əslində, çevrilməlidir də. Çünki buna zərurət var. Siyasətdə, diplomatiyada və dövlət quruculuğu məsələlərində əldə edilmiş nailiyyətlər mütləq olaraq tətbiqi və fundamental elmi-tədqiqat, habelə ünvanlı çalışmalarla tamamlanmalıdır. Axı bu, mahiyyət etibarilə həm də əldə olunmuş nailiyyətlərin qorunmasına xidmət edəcək.

Gəlin, ilk növbədə həm fikir mübadiləsi və həm də mövzunun miqyasının aydın təsəvvür olunması naminə o “ağır daşları” qısa tezislərlə populyar şəkildə müəyyən etməyə çalışaq:

- Regional dövlət beynəlxalq təşkilatların dəstəyi olmadan münaqişəni özü həll etdi və bununla da dünyaya beynəlxalq təşkilatların “ikili standartlar” siyasətini, onların riyakarlığını, hərəkətsizliyini və hətta müəyyən mənada “hüquqi əlilliyini” nümayiş etdirdi. Əlbəttə ki, bütün bunlar beynəlxalq təşkilatların imicinə ciddi zərbədir və onlara qarşı olan etibar limitinin bir qədər də azalmasının səbəbidir. Çünki haqlı olaraq beynəlxalq ictimaiyyəti düşündürən sual yaranır: mübahisəli məsələləri nəinki həll etməyən, əksinə, həmin məsələlərin yaranmasına və ya həllinin uzadılmasına dolayı yolla səbəbkar və maraqlı olan belə təşkilatlara necə güvənmək olar? Razılaşmaq lazımdır ki, bu cür sualların yaranması və surətlə artması beynəlxalq münasibətlər sistemində yeni formatların meydana gəlməsini qaçılmaz edir.

- Bu “daş” Azərbaycanın durmadan artan potensialıdır və heç şübhəsiz ki, burada söhbət təkcə hərbi potensialdan getmir. Müxtəlif istiqamətlərdə artan iqtisadi potensial, xüsusilə də enerji layihələri ilə bağlı olan beynəlxalq təşəbbüslər Azərbaycanı mühüm regional aktora çevirib. Başqa sözlə, dünyada Azərbaycana ehtiyac və hörmət sürətlə artır. Xüsusilə Azərbaycanın yaşıl enerji ilə bağlı inamlı təşəbbüsləri həmin bu ehtiyacın perspektivliyini təmin edir. Odur ki, bilavasitə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə reallaşan yaşıl enerji layihələri qabaqlayıcı siyasət olaraq ölkəmizin perspektiv aktuallığını da təmin edir. Azərbaycanın bütün mənalarda etibarlı tərəfdaş statusu artıq beynəlxalq təşkilatlarının etiraf predmetidir.

- Azərbaycan müstəqil siyasət aparmaq gücündədir. Bu faktın beynəlxalq ictimaiyyət tərəfindən bir siyasi aksiom kimi qəbul olunmasının səbəbi yenə də bizim Qələbəmizdir. Qırx dörd günlük müharibədə qazanılan Qələbə və cəmi birgünlük antiterror əməliyyatının sonunda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması məhz bu uğurlu müstəqil siyasətin təcəssümü və nəticəsidir.

- Xarici qüvvələrin bütün cəhdlərinə rəğmən, Azərbaycan xalqı milli həmrəyliyi və birliyi qorumağa müvəffəq oldu. 44 günlük Vətən müharibəsi isə həmin həmrəyliyin və birliyin daha bir aydın təcəssümü idi. Müharibə dövründə ölkədə mütləq həmrəylik yaşandı və sözsüz ki, həmin həmrəyliyin qorunmasında həm vətəndaş institutlarının, həm də ölkədə fəaliyyət göstərən siyasi partiyaların müstəsna rolu olmuşdur. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin xüsusilə önəm verdiyi siyasi dialoq siyasətinin məntiqi nəticəsi idi. Siyasi dialoq Azərbaycanda, sadəcə, dekorativ xarakterli demokratik şüar deyil, siyasi münasibətlərin Azərbaycan modelini müəyyən edən əsas keyfiyyət göstəricisidir.

- Dünyada heç bir qüvvə inkar edə bilməz ki, məhz Azərbaycanın Qələbəsi regionda yeni reallığın yaranmasına səbəb oldu və onun müəllifi Azərbaycandır, Azərbaycan xalqıdır. Bu Qələbə və yeni reallıq isə əsrlər boyu beynəlxalq münasibətlər sistemində yaşanan bəzi stereotipləri qırmağı bacarıb. Əlbəttə ki, sözügedən fakt dünyada “mütləqi-hakim” statusuna iddialı olan bəzi dövlətləri və beynəlxalq təşkilatları narahat etməyə bilməz, çünki bizim Qələbəmiz beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların yaranmasına səbəb olmaqdadır.

- Qazandığımız Qələbə beynəlxalq münasibətlər sistemində Qərbi Azərbaycan mövzusunun hüquqi və siyasi müstəvidə aktuallaşdırılmasına dair əlavə imkanlar yaratdı. Bununla da beynəlxalq münasibətlər gündəliyi yeni və olduqca “həssas” mövzu ilə zənginləşdi. Qərbi Azərbaycan mövzusu artıq beynəlxalq ictimaiyyət qarşısında qaldırılmış Azərbaycanın həm leqal, həm də legitim tələbi, ədalətli iddiasıdır. Odur ki, Qərbi Azərbaycan mövzusu eyni zamanda danışıqlar masasında da Azərbaycana üstünlük bəxş edir və diplomatik manevrlər üçün əlavə imkanlar yaradır.

- Türk və müsəlman olan Azərbaycan kimi bir ölkə ona qarşı tətbiq edilən beynəlxalq təzyiqlərə, “ikili standartlar” siyasətinə və dini fərqlilik üzərindən qurulmuş informasiya manipulyasiyalarına rəğmən öz haqlı müharibəsində Qələbə çaldı və bu, bütün türk və müsəlman dünyası üçün nümunə oldu. Sözügedən fakt təkcə əsrlər boyu beynəlxalq ictimaiyyətin siyasi şüuruna zorla yeridilən stereotipləri dağıtmayıb, bu, həm də türkdilli xalqların özünə inamının artmasına səbəb olub.

Sonuncu fikrə əsaslanaraq qeyd edə bilərik ki, bu mənada Türk Dövlətləri Təşkilatının (TDT) fəallaşmasının məhz Azərbaycanın Qələbəsindən sonrakı dövrdə baş verməsi təsadüfi deyil. Bu il iyulun 6-da Şuşada “Qarabağ Bəyannaməsi”nin imzalanması sözügedən prosesin zirvəsi, başqa sözlə “tacı” oldu. Odur ki, beynəlxalq münasibətlər sistemində qlobal güc iddiasında ola biləcək yeni bir nüfuzlu institutun yaradılması faktı da “super gücləri” narahat etməyə bilməz. Bu mənada deyə bilərik ki, Azərbaycanın Qələbəsi eyni zamanda ideoloji qatlarda da əhəmiyyətli dəyişikliklərin baş verməsinə səbəb olub. Belə ki, Azərbaycanın Qələbəsi sayəsində TDT-nin fəallığının artırılması bizim regionda və dünyada türk identikliyinin ideoloji və siyasi müstəvilərdə aktuallaşmasına gətirib çıxarmış oldu. İstisna olunmur ki, Qələbəmiz nəticəsində formalaşan bu tendensiyalar eyni zamanda regionda da bəzi proseslərin yaranmasına təsir göstərib.

Razılaşmaq lazımdır ki, yuxarıda qeyd olunan siyasi mülahizələrin “yaşamaq” haqqı var. Bəli, sözügedən mövzu ilə bağlı müxtəlif yanaşmalar tətbiq oluna bilər, ancaq tərəddüd etmədən əminliklə deyə bilərik ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr, o cümlədən onların əllərinə su tökən bizim ucuz demaqoqlarımız yuxarıda sadaladığımız bu “daşlar”ının altından çıxa bilməyəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb