SEÇKİ GÜNÜ ÜÇÜN YADDAŞ KİTABÇASI NƏŞR OLUNMUŞDUR
Yaddaş kitabçası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti ilə açılır. Müraciətdə seçki orqanları sisteminin həlledici vəsilələrindən olan məntəqə seçki komissiyalarının üzərinə seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı çox böyük məsuliyyət düşdüyü xatırladılmış və onların qarşısında duran vəzifələr diqqətə çatdırılmışdır. Müraciətdə mənətəqə seçki komissiyalarının öz işlərinin öhdəsindən gəlməsində “Seçki günü üçün yaddaş kitabçası”nın böyük rol oynayacağına inam ifadə olunmuşdur.
Kitabçada bəzi seçki terminlərinin izahı, məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması qaydası, səsvermə saatlarında tədbirlər, səslərin hesablanması, səsvermənin nəticələri haqqında hesabat və s. mövzularla bağlı ətraflı izahlar və məlumatlar verilmişdir.
“Seçki günü üçün yaddaş kitabçası” Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları, Azərbaycan Respublikası Prezidentinin Seçki Məcəlləsinin tətbiq edilməsi barədə müvafiq Fərmanı, həmçinin 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamları, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimat, İzah və Qaydalar əsasında hazırlanmışdır.
Yaddaş kitabçasının mətni Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (ABŞ) birgə tərtib edilmişdir.