Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirində növbəti görüşünü ABŞ şahmatçısına qarşı keçirəcək
Bakı, 13 may, AZƏRTAC
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin səkkizinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ABŞ şahmatçısı Leyner Domingeslə qarşılaşacaq.
Təmsilçimiz ötən turda ilk qələbəsini qazanıb. Belə ki, şahmatçımız rusiyalı rəqibi Yan Nepomnyaşi üzərində qələbə qazanaraq xalların sayını 3-ə çatdırıb. Bununla da o, autsayderlikdən çıxaraq hazırda 7-9 -cu yerləri bölüşür. Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.
Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]