Şəkidə sənaye məhsulları istehsalında 18,6 faiz artım qeydə alınıb
Şəki, 24 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Şəki rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 37 milyon 519,3 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 873 min manat və ya 18,6 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Şəki rayonunun sənayesi əsasən emal, toxuculuq, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, qaz və buxar istehsalı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.
Altı ayda rayonda toxuculuq sənayesi sahəsində faktiki qiymətlərlə 2 milyon 209,7 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 157,7 min manat və ya 2,1 dəfə çoxdur.
Hazırda rayonda biri iri, 7-si orta, 4-ü kiçik və 7-si mikro olmaqla, 19 sənaye müəssisəsi fəaliyyət göstərir. Sənaye sahəsində 1233 nəfər işçi çalışır. Hesabat dövründə bir işçiyə düşən orta aylıq əməkhaqqı 607,5 manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]
Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO
- 14.06.2026 [23:41]
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO
- 14.06.2026 [20:46]