SENTYABRDA BAKIDA QADINLAR ARASINDA BEYNƏLXALQ ŞAHMAT TURNİRİ KEÇİRİLƏCƏK
Sentyabrın 3-də “ÜNS” Teatrında qadınlar arasında 2-ci beynəlxalq şahmat turniri başlanacaqdır. Turnirdə dünyanın tanınmış idmançıları iştirak edəcəklər.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qalibi bir dövrədə müəyyənləşdirəcək turnirdə 10 şahmatçı iştirak edəcəkdir. Azərbaycanı İlahə Qədimova, Firuzə Vəlixanlı və Nərgiz Umudova təmsil edəcəklər.
Turnirdə FİDE-nin reytinq cədvəlində 3-cü yeri tutan İsveç şahmatçısı Pia Kramlinq, Antoaneta Stefanova (Bolqarıstan, 12), Monika Soçko (Polşa, 13), Viktoriya Çmilite (Litva, 18), Leyla Cavaxişvili (Gürcüstan, 23), Yekaterina Laxno (Ukrayna, 30) və Sofi Milliyet (Fransa, 44) iştirak edəcəklər.
Turnirin mükafat fondu təxminən 16 min dollardır.
Xatırladaq ki, birinci turnir 2 il əvvəl Şəkidə keçirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]