Serbiya Fransadan “Rafale” qırıcı təyyarələri alıb
Belqrad, 30 avqust, AZƏRTAC
Serbiya Fransa istehsalı olan 12 ədəd “Rafale” döyüş təyyarəsi alıb.
AZƏRTAC xəbər verir ki, qırıcı təyyarələrin satışı ilə bağlı müqavilə Serbiya Prezidenti Aleksandar Vuçiçin fransalı həmkarı Makronla Belqradda keçirdiyi görüşdə imzalanıb.
Aleksandar Vuçiç 2,7 milyard avroluq müqavilənin imzalanmasının ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, Serbiyanın Qərbi Balkan regionunda vəziyyətin tam sabit və təhlükəsiz olmasını istədiyini vurğulayıb.
Müqavilə köməkçi logistika paketi ilə imzalanıb və qırıcı təyyarələr Serbiyanın mülkiyyətində olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]