Serbiya Prezidenti Rusiyanın ölkəsindən qoşun toplamaq cəhdlərini dayandırmağını istəyib
Belqrad, 19 yanvar, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin ölkəsindən əsgər toplamaq cəhdlərini dayandırması barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, A.Vuçiç “Vaqner”in Serbiyadan əsgər cəlb etməyə çalışmasını şərh edərkən serblərin Ukraynada döyüşlərə çağırılmasının ədalətsizlik olduğunu bildirib.
“Serbiya Avropada Rusiyaya qarşı sanksiya tətbiq etməyən yeganə ölkədir. Rusiya “Vaqner”in Serbiyadan qoşun toplamaq cəhdlərini dayandırmalıdır. Belə yanaşma həm də Serbiya qanunlarına ziddir”, - deyə A.Vuçiç qeyd edib.
Qeyd edək ki, “Vaqner”in Ukraynada müharibəyə cəlb olunacaq döyüşçülər axtardığına dair elanın serb dilində dərc edildiyi və insanların buna təşviq olunduğu bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]