“Sevincimi sözlərlə ifadə etmək mümkün deyil” - Laçın sakini
Bakı, 25 iyul, AZƏRTAC
Bu günü, sevincimi sözlərlə ifadə etmək mümkün deyil. Mən Laçını 10 yaşımda tərk etmişəm. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin, rəşadətli Ordumuzun gücü ilə artıq doğma yurdumuza qayıdırıq.
Bunu AZƏRTAC-a Laçın rayon sakini Rüxsarə Nəsibzadə deyib.
O, təəssüf hissi ilə qeyd edib ki, bu gözəl qayıdışı laçınlıların hamısı görə bilmədi: “Mənim anam Laçın işğaldan azad edildiyi gün çox sevinmişdi. Əfsuslar olsun ki, doğma yurdumuza qayıtmaq ona nəsib olmadı. Laçına qayıdarkən ilk olaraq atamın məzarını ziyarət edəcəyəm. Bu gün dünyasını dəyişmiş laçınlıların ruhu sevinir. Doğma rayonumun sakinləri artıq qayıdır”.
Qeyd edək ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Böyük Qayıdış Proqramı çərçivəsində bu mərhələdə Laçın şəhərinə daha 19 ailə (89 nəfər) köçürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]